Pomidor göründüyü qədər "məsum" deyilmiş - Bu formada yeyiləndə təhlükəli olur
İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər süfrələrində geniş yer alan çiy pomidorun acqarına yeyilməsi bəzi insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, çiy pomidor mədə turşusunu artıraraq reflü və qastrit kimi narahatlıqları gücləndirə bilər. Səhər acqarına yeyildikdə mədə yanması, köp və narahatlıq hissi yarada bilər. Tam yetişməmiş, yaşıl pomidorlarda olan "solanin" adlı maddə isə baş ağrısı, ürəkbulanma və əzələ ağrılarına səbəb ola bilər.
Bundan başqa, bəzi insanlarda çiy pomidor allergik reaksiyalar - qaşınma, səpki, dodaqlarda şişkinlik və hətta nəfəs darlığına qədər uzanan əlamətlər yarada bilər. Həmçinin çiy halda qəbul edilən likopen maddəsinin orqanizm tərəfindən zəif mənimsəndiyi və həssas immun sisteminə mənfi təsir edə biləcəyi də qeyd olunub.
Mütəxəssislər səhər yeməyində çiy pomidordan mümkün qədər uzaq durmağı, günün daha gec saatlarında və bişmiş halda istifadə etməyi tövsiyə edirlər.(milli.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabrSəhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
7 sentyabrƏməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMA
Əməliyyatın uğurla başa çatması xəstənin təhlükəni tam geridə qoyması anlamına gəlmir. Əməliyyat zamanı və sonrakı dövrdə qanaxma, infeksiya, tənəffüs və ürək-damar problemləri, tromboz, orqan çatışmazlığı, eləcə də anesteziya ilə bağlı ağırlaşmalar həyati risk yarada bilər. Bəs, əməliyyatdan sonra xəstəni
3 sentyabrQaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
1 sentyabrSəhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?
Səhər yeməyini buraxmaq, xüsusilə səhərlər iştaha olmadıqda, zərərsiz vərdiş kimi görünə bilər. Lakin bu vərdiş günün qalan hissəsində orqanizmin qidaya reaksiyasına təsir göstərə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazır. Səhər yeməyi yeyilmədikdə orqanizm sadəc
31 avqustSiqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır
Siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksəkdir. Siqaret kişilərdə spermanın keyfiyyətini də pisləşdirir və sonsuzluq müalicəsinin uğurlu nəticələnməsi ehtimalını azaldır. xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elm
11 sentyabrDəyişkən hava şəraitində xəstələnməmək üçün nələrə diqqət edək? - AÇIQLAMA
Son günlər havanın tez-tez dəyişməsi, temperaturun kəskin enib-qalxması və küləkli hava orqanizmin uyğunlaşma prosesini çətinləşdirə bilər. Belə dövrlərdə xüsusilə soyuqdəymə, virus infeksiyaları, allergik reaksiyalar və xroniki tənəffüs xəstəliklərinin əlamətləri daha çox müşahidə olunur. Bəs dəyişkə
8 sentyabrPsixoloq seçimi edərkən bunlara diqqət etmək lazımdır - AÇIQLAMA
İnsanlar psixoloq seçərkən yalnız təhsilinə və iş təcrübəsinə deyil, tətbiq etdiyi metodların elmi əsaslarına, etik qaydalara əməl edib-etməməsinə və mütəxəssisin ixtisaslaşdığı sahəyə də diqqət yetirməlidirlər. Peşəkar psixoloqun fəaliyyətində məxfilik, düzgün qiymətləndirmə və müştərinin ehtiyacın
8 sentyabr