"Bu cür sərgilərin təşkil edilməsi ölkəmizdə istehsal olunan məhsulların xaricə ixracını daha da artıracaq" - Ramin Şərifov
"Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və "ROK Expo" şirkətinin təşkilatçılığı ilə Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi öz işinə başlayıb. Sərgi iyunun 12-dək davam edəcəkək. Bu cür sərgilərin təşkil edilməsində ən böyük məqsədimiz Azərbaycana maksimum investisiya gətirmək, ölkəmizdə istehsal olunan məhsulların xaricə ixracını artırmaqdır".
Bunu Sonxeber.az -a açıqlama verən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov deyib.
Ramin Şərifov bildirib ki, bu gün II Türk Ticarət Sərgisi Azərbaycanda keçirilir. I Türk Ticarət Sərgisi Türkiyədə uğurla keçirilmişdi:
"Bu gün başlayan sərgi ilə bağlı Azərbaycana 8 türkdilli ölkədən qonaqlar gəlib. Sərginin açılışı ilə bağlı təşkil olunan tədbirdə hörmətli millət vəkilləri, səfirlər və digər rəsmilər də iştirak edir. Gördüyünüz kimi, ən böyük stendlərdən biri də Özbəkistana aiddir. Bizim bu sərgini keçirməkdə məqsədimiz türkdilli dövlətlər arasında iqtisadi və biznes sahəsində əlaqələri daha da genişləndirilməsidir. Sərgiyə gələn qonaqlar təkcə türkdilli ölkələrdən deyil, həm də ərəb və digər dövlətlərdəndir. Tədbirimizə Rusiyadan, Çindən də qonaqlar gəlib və onlar bu sərgidən faydalanırlar. Əvvəl vurğuladığım kimi bu cür sərgilərin təşkil edilməsi Azərbaycana maksimum investisiya gətirməklə yanaşı həm də ölkəmizdə istehsal olunan məhsulların xaricə ixracını daha da artıracaq. Bununla bağlı biz Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosasiyası olaraq öz dəstəyimizi veririk. Bizim tərkibimizdə olan üzvlər bu sərgidə iştirak edirlər. Gördüyünüz kimi sərgidə KOBİA-nın da stendi var. Onların hər biri sərgidə uğurla təmsil olunurlar. Bu gün burada bizim yerli sahibkarlarımız üçün çox gözəl şəraitlər yaradılıb. Burdan KOBİA-nın sədri cənab Orxan Məmmədova da öz təşəkkürümü bildirirəm ki, bizim yerli istehsalçılar üçün belə bir şərait yaradır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb
7 sentyabrİranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?
İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər
11 sentyabrAvropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA
Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind
16 sentyabr"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb
Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas
4 sentyabrNaxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycan avtobus idxalını 2% azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır
16 sentyabrAzərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas
10 sentyabrAzərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə
10 sentyabr