Xalq artisti: "Mənə zülm edirdi, bu bıçaq yarası da ondan qalıb" (VİDEO)
"Mən gözümü açandan atam ikinci dəfə evli olub. Atamın uzun müddət övladı olmayıb. Ona görə də həmin qadınla uşağını mənim anama vermək şərti ilə birlikdə olub. Atamın şöhrəti artdıqdan sonra o uşağını vermədi. Mənim anamın anası tərs qadın idi. O dedi ki, mənim qızımın ölümünə bu məsələ səbəb oldu. Nənəmlə xalam məni böyütdü. Sonra nənəm dünyasını dəyişdi. Atam güclə məni onlardan aldı. Atamın xəstəlik dövrü başladı, xəstəxanada yatırdı. Mən ona doyunca "ata" deyə bilmədim. Nə də o doyunca başımı sığalladı. 1969-cu ildə vəfat etdi".
Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı iş xanımı Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" yutub layihəsində deyib. O, mərhum atası, Xalq artisti Bəşir Səfəroğlu və ögey anasının ona münasibətindən danışıb:
"Ögey anam ölüb, istəmirəm arxasıyca nəsə deyim. İstər onunla, istər bacımla münasibətimiz çox dəhşət olub. Zümrüd Talıbova bacımdır. Anasının soyadıdır. Analığımın mənə şiddətli zülm etdiyi bir vaxtda dedilər ki, yad qızı saxlayırıq. Söylədilər ki, o sənə nə ana, nə ata olacaq? Bu əlimdəki bıçaq yarası da ömürlük mənimlə qaldı. Onda 14 yaşım var idi.
Mən atamı tanımırdım. 1965-ci ildə yanına gəldim, 1969-cu ildə rəhmətə getdi. Üstəlik o xəstə idi, ona heç nə deyə bilməzdim. Onun ölümündən 56 il keçib. Bunun haradasa 35 ilində onu istəməyə başadım. Qəbrini düzəltdik. Onun 100 illik yubileyini də özüm keçirdim. Əlimdə nə var idisə, onu yaşatmağa çalışdım. Ata-ananın pisi olmur, övladın olur. Mən onun borcumdan çıxa bildim, halal xoşu olsun".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR
Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib
28 iyun 2021"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO
Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa
10 iyul 2021Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO
Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr
12 sentyabr 2021Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?
Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə
31 iyul 2021Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...
xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə
28 iyul 2021"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova
"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn
25 avqust 2021Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç
15 sentyabr 2021Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını
4 sentyabr 2021