Prezident üç Fərman imzaladı
"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Kəmər və Yol" Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı" təsdiq edilib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Əməkdaşlıq Planı qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Prezident başqa bir Fərmanla "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş"i təsdiq edib.
Fərmana əsasən, 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş" təsdiq edilib.
Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
İlham Əliyev həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edib.
Fərmana əsasən, 2025-ci il aprelin 30-da Əl-Küveyt şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt Dövləti Hökumətinə bildiriş göndərməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
Bu gün Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkara "Tərəqqi" medalı verilməsi barədə sərəncam imzalayıb. Prezidentin təltif etdiyi sahibkarlar arasında xarici ölkə vətəndaşları da yer alıb
28 aprelAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb
Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 312,9 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 1,1 % çox, ötən il aprelin 1-nə nisbətən isə 8,9 % çoxdur. Kredit qoyuluşunu
2 mayAzərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 764,275 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur. Dörd ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının
10 mayAzərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,
30 mayAzərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 65,901 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 9,57
2 mayWUF13 üçün Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları yaradılıb
WUF13 çərçivəsində Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları salınıb. xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə əlaqədar Bakı şəhərində xüsusi nəqliyyat infrastrukturu yaradılıb. Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslano
5 mayNuranə Babayeva vəzifəsindən ayrıldı
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva vəzifəsindən ayrılıb. Qaynarinfo xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. N.Babayeva bildirib ki, çalışdığı müddətdə Kəlbəcərdə həyata keçirilən bir sıra layihələrin, əlamətda
2 iyunQızıl və gümüş UCUZLAŞDI
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,44% azalaraq 4,556.4 ABŞ dollarına bərabər olub. COMEX-d
23 may