Avronun bahalaşması nələrə səbəb ola bilər?

Avronun bahalaşması nələrə səbəb ola bilər?İyulun 1-də təxminən 4 ildən sonra ilk dəfə 1 avronun Azərbaycan manatına qarşı məzənnəsinin 2 manatı (1 avro=2,0035 manat) ötməsi qeydə alınıb. Bununla da təkcə son 6 ayda avro 14,25 faiz bahalaşıb.

Maraqlıdır, manatın ABŞ dollarına olan məzənnəsi dəyişmədiyi halda, milli valyutanın avroya qarşı ucuzlaşması nə ilə bağlıdır?

"Qafqazinfo" məsələ ilə bağlı qısa araşdırma aparıb. Əvvəlcə ondan başlayaq ki, manatın xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın ABŞ dollarına nisbətən məzənnələri əsasında, yəni çarpaz məzənnə əsasında müəyyənləşdirilir. Belə olan halda digər valyutaların ABŞ dollarına nəzərən məzənnələrinin dəyişməsi manata da təsir göstərir. Bu baxımdan dolların avro qarşısında dəyər itirməsi manatın da avroya nisbətən ucuzlaşmasına gətirib çıxarır. Bu vəziyyət digər valyutalar, o cümlədən rubl üzrə də təkrarlanır.

İqtisadçı Xalid Kərimli hesab edir ki, dolların ucuzlaşmasının iki əsas səbəbi var. Ekspert məsələni "Qafqazinfo"ya şərh edərkən bildirib ki, səbəblərdən biri ABŞ-nin girdiyi ticarət müharibələrində qeyri-müəyyənlik riskinin hələ də qalmasıdır: "Düzdür, bir sıra əhəmiyyətli ölkələrlə ticarət müqavilələri imzalansa da, amma bir çox ölkələrlə qeyri-müəyyənlik qalır. ABŞ prezidentinin necə davranacağı da bazarlarda çətin proqnozlaşdırılan məsələyə çevrilib. Yəni ticarət müqavilələri dolları ucuzlaşdırır. İkinci məqam, ABŞ-də növbəti maliyyə ilində həyata keçirilməsi nəzərdə tutulan büdcə ilə bağlı təkliflərdir. Burada əsas nüans ondan ibarətdir ki, büdcə kəsirinin kəskin artacağı gözlənilir. Büdcə kəsirinin isə dövlət borcunu artırması ehtimalı var. Bazarlar narahatdır ki, kəsirin ABŞ-nin xərcləmələrini kəskin artırması, eyni zamanda, gəlirlərinin də vergi güzəştləri şəklində azalması gələcəkdə maliyyə sistemi üçün problem yarada bilər. Bu da dolların məzənnəsində öz əksini tapır".

İqtisadçı Rəşad Həsənov isə deyir ki, Avropa Mərkəzi Bankının həyata keçirdiyi siyasət, həmçinin ABŞ-nin yeni administrasiyasının faiz dərəcəsi ilə əlaqədar mövqeyi və bu istiqamətdə Federal Ehtiyat Sisteminin (FES) idarəedicilərinə təsir imkanlarının gündəmə gəlməsi, digər tərəfdən fərqli xarici ticarət siyasəti ABŞ dollarının məzənnəsinə öz təsirini göstərir: "2025-ci ilin birinci yarısında 1 avronun ABŞ dollarına qarşı məzənnəsi 1,02-dən 1,18-ə qədər yüksəlib. Bu, ötən 6 ay ərzində avronun təxminən 15 faizdən artıq möhkəmlənməsi deməkdir. Lakin artım dalğası xüsusən ABŞ dolları istiqamətində riskləri əsas görürərək yığımlar etmiş bir sıra bazar iştirakçılarının ötən həftə İsrail-İran münaqişəsində atəşkəs razılaşmasının əldə olunmasından sonra vəsaitlərini yenidən bazara çıxarması fonunda müşahidə olunur. Yəni, proses bazarda ABŞ valyutasının təklifinin artmasına, dolların ucuzlaşmasına gətirib çıxarıb. Digər bir tərəfdən bəzi FED rəsmiləri növbəti dövrlərdə faiz dərəcəsini aşağı salınması ilə bağlı mesajlar da verir".

Beynəlxalq maliyyə qurumları isə dolların ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırırlar. İlin sonuna qədər bir avronun ABŞ dollarına münasibətdə məzənnəsinin 1,2-yə yüksələcəyi ehtimal edilir.

Səbəbindən asılı olmayaraq məzənnələrdə dəyişiklik iqtisadiyyata təsirsiz ötüşmür. Manatın rubl, avro və digər valyutalara nisbətdə ucuzlaşması bu valyutaların ödəniş vasitəsi olan ölkələrdən alınan məhsulların və xidmətlərin qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin təkcə yanvar-aprel aylarında ölkəyə idxal olunmuş məhsulların qiyməti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artıb.

Lakin ucuz valyuta idxaldan fərqli olaraq ixrac üçün müsbət amildir. Belə ki, nəzəriyyəyə görə, valyutanın ucuzlaşması qarşı tərəfin daha əlverişli qiymətə məhsul və xidmət əldə etməsinə imkan verir. Bu baxımdan ucuz valyuta xarici ticarətdə rəqabəti artıran elementlərdən biridir.

Bununla belə, nəzəri olaraq belə olsa da, prosesin praktikada özünü doğrultmaması da mümkündür. Belə ki, valyutanın ucuzlaşması həmin məhsul və xidmətlərlə bağlı idxalın bahalaşmasına, inflyasiyanın artmasına da gətirib çıxara bilər. Bu baxımdan ucuz valyutanı idxaldan asılılığın yüksək olmadığı şəraitdə ixrac üçün əlverişli hesab etmək olar.

Məsələnin daha bir tərəfi isə Dövlət Neft Fondu ilə bağlıdır. Belə ki, Fondun aktivlərinin əhəmiyyətli hissəsinin avroda olması qurumun məzənnələrin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirlərinin artması deməkdir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1862   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmin məhsul ölkədə dəyərindən dəfələrlə baha satılır

"Rəsmi məlumata görə, bu ilin yanvar ayında Azərbaycana xaricdən 652 min ABŞ dolları dəyərində 480 min ədəd qızılgül gətirilib. Bir ədəd qızıl gülün ölkəyə çatdırılmasının orta qiyməti 2 manat 20 qəpik olub". Bunu iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yanvar ayında ən çox qızı

4 aprel
.

Azərbaycanda meyvə şirəsi istehsalı 15 %-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 % azdır. Bundan başqa, hesabat dövründə Azərbaycanda 23 min 410,8 ton meyvə-tərəvəz konservlər

29 mart
.

Azərbaycan Türkiyədən maşın hissələri və komponentləri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 30,043 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır. Təkcə fevralda Türkiyə Azərbaycan

28 mart
.

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ

Bakıda qızıl bazarında qiymətlərdə son günlər müəyyən azalma müşahidə olunur. Bu barədə -ə paytaxt;n qızıl univermaqlarından birində fəaliyyət göstərən zərgər Aqil İsmayılov bildirib. Onun sözlərinə görə, bazarda ən çox tələb olunan 585 əyyarlı, alıcılar arasında "Türk qızılı" kimi tanına

28 aprel
.

Qızılın dünya bazarında qiyməti yüksəlib

Dünya birjalarında qızılın bu günə olan qiyməti yüksək səviyyədə ticarət olunub. Son göstəricilərə əsasən, qızılın bir unsiyası təxminən 7920-7950 ABŞ dolları intervalında dəyişib. Yerli bazarda isə 1 qram 99 əyarlı qızılın qiyməti 254,69-255,61 manat arasında qeydə alınıb. xəbər verir ki, qızılın bahalaşmas

6 aprel
.

Azərbaycan əsas tədarük bazarından qurudulmuş üzüm tədarükünü kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan 2,2 milyon ABŞ dolları dəyərində 758 ton qurudulmuş üzüm idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq - 26 % çoxdur

12 aprel
.

Azərbaycandan Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək. Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə 5 vaqon buğda Ermənistan Respublikasına yola salınacaq

24 aprel
.

Azərbaycan martda əhəng daşı istehsalını 63 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 127,3 min ton inşaat üçün əhəng daşı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,3 % çoxdur. Təkcə martda isə ölkədə 32,6 min ton inşaat üçün əhəng daşı istehsal edilib

25 aprel
.

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 3 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır. Hesabat dövründə qeyri-həyat sığortası növlər

2 may