Tanınmış jurnalist vəfat etdi - FOTO
"Cumhuriyet" qəzetinin tanınmış qələm sahiblərindən olan türkiyəli jurnalist-yazar Hikmət Çetinkaya, uzun müddətdir davam edən səhhət problemləri səbəbilə vəfat edib.
Sonxeber.az xəbər verir ki, çetinkaya çoxsaylı orqan çatışmazlığı diaqnozu ilə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
İzmir Jurnalistlər Cəmiyyətinin verdiyi açıqlamada bildirilib ki:
"Uzun illər "Cumhuriyet" qəzetinin Egey bölgəsi üzrə təmsilçiliyini həyata keçirən, cəmiyyətimizin üzvü Hikmət Çetinkaya çoxsaylı orqan çatışmazlığı səbəbilə müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Dəfn mərasimi ilə bağlı məlumatlar daha sonra paylaşılacaq. Həmkarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı diləyirik".
Peşəsinə həsr olunmuş bir ömür
1942-ci ildə Balıkəsirin Edremit rayonunda anadan olan Hikmət Çetinkaya orta təhsilini Manisa Kişi Liseyində başa vurub. Jurnalistlik fəaliyyətinə "Cumhuriyet" qəzetində müxbir kimi başlayıb.
1966-1980-ci illər arasında Türkiyənin müxtəlif bölgələrində apardığı müsahibələrlə diqqət çəkən Çetinkaya, peşəkar fəaliyyətində bir sıra mükafatlara layiq görülüb. 1968, 1970 və 1971-ci illərdə İzmir Jurnalistlər Cəmiyyətinin təqdim etdiyi Hasan Tahsin Mükafatını, 1975-ci ildə isə Türk Dil Qurumu tərəfindən Basın Mükafatını qazanıb.
Bir müddət "Cumhuriyet" qəzetinin İzmir nümayəndəsi kimi fəaliyyət göstərən Çetinkaya, 1986-cı ildən etibarən müntəzəm olaraq köşə yazıları yazmağa başlayıb. Qələmi ilə yalnız jurnalistikaya deyil, ədəbiyyat aləminə də töhfələr verən təcrübəli qələm sahibi, bir çox kitabın müəllifi olub.
2014-cü ildə isə Türkiyə Jurnalistlər Cəmiyyəti tərəfindən 50 ildən artıq peşəkar təcrübəsi və xidmətlərinə görə Burhan Felek Mətbuat Xidmət Mükafatı ilə təltif edilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFirəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31 oktyabrXuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
28 oktyabrPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqustVan Qoqun ölümündən iki ay əvvəl çəkdiyi əsər rekord qiymətə satıldı
Niderlandlı dahi rəssam Vinsent van Qoqun ömrünün son iki ayında yaratdığı "Çiçəklənən şabalıd ağacları" ("Châtaigniers en fleurs") rəsm əsəri Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 190,4 milyon dollara satılaraq rəssamın yeni hərrac rekordunu müəyyənləşdirib
19 noyabr1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqust"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
4 noyabr"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen
23 oktyabrMona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23 oktyabr