Bu qəzetlərin redaksiyalarının MMC-ləri yaradıldı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi" qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Bakinski raboçi" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Sonxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi" qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyətin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etməlidir.
Yaradılan məhdud məsuliyyətli cəmiyyətlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi", "Respublika" qəzetlərinin və "Xalq qəzeti"nin redaksiyaları fəaliyyətlərini davam etdirəcəklər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFirəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31 oktyabrXuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
28 oktyabrPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqustVan Qoqun ölümündən iki ay əvvəl çəkdiyi əsər rekord qiymətə satıldı
Niderlandlı dahi rəssam Vinsent van Qoqun ömrünün son iki ayında yaratdığı "Çiçəklənən şabalıd ağacları" ("Châtaigniers en fleurs") rəsm əsəri Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 190,4 milyon dollara satılaraq rəssamın yeni hərrac rekordunu müəyyənləşdirib
19 noyabr1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqust"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
4 noyabr"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen
23 oktyabrMona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23 oktyabr