Xalq artisti Arif Babayev Cabir Abdullayevə nə tapşırıb? - Vəsiyyət
Əməkdar artist Cabir Abdullayev Xalq artisti Arif Babayevin vəsiyyətini açıqlayıb.
Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Arif Babayev bir neçə tələbəsinin gələcəyini ona həvalə edib:
"Hamımızın başı sağ olsun. Ailəsində sənətinin davamçısı yox idi. Bir neçə tələbəsi var ki, onları da mənə tapşırıb. Deyib ki, onlara dəstək ol. Nə qədər canımda can var, həmişə onlara dəstək olub, qabağa çəkməyə çalışacağam"
Xanəndə Arif Babayevi Azərbaycan muğam sənətinin sütunu adlandırıb:
"Tək Qarabağ deyil, bütün Azərbaycanın fəxri idi. Sağ olsun, dövlətimiz də son ana kimi ona dəstək verdi. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm ki, həmişə sənət adamlarının yanındadır. Hazırda qəbiristanlıqdan çıxıb evə gedirəm. Arif müəllim böyük şəxsiyyət idi. Gözəl xanəndə, dost və valideyn... Onun haqqında nə desən, hamısı Arif müəllimə yaraşır, bəlkə də ondan da artığına layiqdir. Heyif ondan... O qədər fikirliyəm ki... Valideynlərimi, qardaşımı itirəndə vəziyyətim necə idisə, bu gün də eyni haldayam. Sanki onları indi dəfn etmişəm. Neçə ildir birlikdə idik, muğamımızın sütununu itirmişik, ağlamayaq neynəyək?! Ən başlıcası, ağsaqqalımız idi. Onun yoxluğuna ürək dözə bilmir, çox çətindir".
Cabir Abdullayev Arif Babayevin mərhum həmkarı Əlibaba Məmmədovun yanında dəfn olunduğunu xatırladıb.
Qeyd edək ki, Xalq artisti Arif Babayev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Sənətkar 1-ci Fəxri Xiyabanda dəfn olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabr"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyulPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqust2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrAzərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabr"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqust