Azərbaycan qazının Suriyaya nəqli başlandı

Azərbaycan qazının Suriyaya nəqli başlandıBu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al-Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.

Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1.2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda, Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

09:04

Avqustun 2-dən etibarən Azərbaycandan Türkiyəyə gələn təbii qaz Kilisdən Suriyaya ötürüləcək.

Oxu.Az xəbər verir ki, bu marşrutla qaz tədarükü sayəsində hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq.

Xatırladaq ki, ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra yeni hökumət Türkiyə ilə əlaqə qurub. Türkiyə hökuməti digər sahələrdə əlaqələri inkişaf etdirməklə yanaşı, enerji infrastrukturunun dirçəldilməsini üzərinə götürüb.

Suriyanın yeni hökuməti Azərbaycanla da diplomatik əlaqələri bərpa edib. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Bundan sonra Bakı Ankarayla birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib. Mayın 4-də isə Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. İyulun 12-də isə Bakıda İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaara ilə geniş tərkibdə görüşü olub.

Razılaşmaların nəticəsi olaraq iyulun 30-da Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Suriyaya təbii qaz ixracında Türkiyənin Azərbaycan və Qətərlə əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik Kilis-Hələb qaz xəttinin təmiri bu il mayın 21-də başa çatıb. Xəttin ötürmə qabiliyyəti ildə 2 milyard kubmetrə çata bilər.

Tədarük Hələbdəki təbii qaz stansiyasında elektrik istehsalı məqsədilə istifadə olunacaq və təxminən 1200 meqavat elektrikə çevriləcək. Beləliklə, hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Suriyada gündə 3-4 saat davam edən elektrik təchizatı bu dəstəklə 10 saata qədər çıxmış olacaq.

Elektrik dəstəyi yalnız təbii qazla məhdudlaşmır. Türkiyə Suriyanın şimalına elektrik ixracatını da artırmağı planlaşdırır. Mövcud xətlərlə 280 meqavat elektrik Suriyaya göndəriləcək.

Keçmişdə istifadə olunan Birecik-Hələb elektrik xətti də yenidən istifadəyə veriləcək. Təxminən 500 meqavat tutumlu bu xəttin də tamamlanması ilə, ümumilikdə, 900 meqavatlıq elektrik ixracatı mümkün olacaq. Beləliklə, təxminən 1 milyon 600 min evin elektrik ehtiyacı qarşılanacaq.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1438   Tarix: 02 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Zədələnmiş pulu harada dəyişmək olar?

Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur. Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?. "Qafqazinfo"

25 avqust
.

Azərbaycanın sığorta bazarı 7 %-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişləri

25 avqust
.

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə

10 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr
.

Qızılın qiyməti BAHALAŞIR: Bunlara diqqət etmək lazımdır

Qızılın dünya bazarında yüksək səviyyədə qalması və son günlər qiymətin yenidən artması vətəndaşların bu metala marağını artırır. Hazırda qızılın qiymətinə geosiyasi risklər, inflyasiya gözləntiləri, faiz dərəcələri və investor tələbi kimi amillər təsir edir. Bəs, vətəndaşlar qızıl alarkən əyar, alış-satı

26 avqust
.

Azərbaycan ABŞ-yə ixracını 52 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 521 milyon 603 min ABŞ dolları təşkil edib. -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 52,5

24 avqust