"3 dəfə infarkt keçirən insan qəbirdə necə dirilər?"
"Retro Baku" yutub layihəsinin növbəti buraxılışı mərhum Xalq artisti Gülşən Qurbanovaya həsr edilib.
Publika.az xəbər verir ki, aktrisanın həyatı, onun ölümündən sonra haqqında yayılan şayiələrdən bəhs olunub.
"Bayramda hamı evində otururdu. O isə oturmurdu. Gedirdi tədbirlərə. Biz də gecə yarısı 2-yə kimi gözləyirdik ki, nə vaxt gələcək. Heç kim deyə bilməzdi ki, Gülşənin səhhətində problem var. Bunu göstərmirdi. Şəkər xəstəsi idi. Yəqin problemlər bundan asılı idi. Qutu-qutu dərman içirdi. Ölümündən sonra xəbər çıxdı. Guya onu diri-diri basdırıblar. Yalandır" deyə, onun bacısı oğlu Cavid Əhədov deyib.
Proqramda aktrisanın vəsiyyətindən söz açılıb. Onun ölümündən sonra 1-2 gün dəfn edilməməyi istədiyi bildirilib.
Proqramda aktrisa ilə bağlı yayılan vəfatından sonra qəbirdə dirildiyi, hətta kəfənin düyününün açıldığı şayiəyə Xalq artisti Yasin Qarayev cavab verib.
"Bunlar yalan məlumatlardır. Üç dəfə infarkt keçirən bir insan necə dirilə bilər?".
Əməkdar artist Şəfəq Əliyeva onun qızı Kəmalədən danışıb:
"Gülşənin bir övladı var idi. Qızı Kəmalə heç elə bil Gülşənin qızı deyildi: ciddi, danışıb-gülməyən. Kəmalə ailə qurdu, amma övladı gec oldu. Gülşən bunun fikrini çəkirdi. Sonra nəvəsi dünyaya gəldi".
Qeyd edək ki, G.Qurbanova 2006-cı ildə 56 yaşında infarktdan dünyasını dəyişib.\Axşam.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFirəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31 oktyabrXuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
28 oktyabrPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqustVan Qoqun ölümündən iki ay əvvəl çəkdiyi əsər rekord qiymətə satıldı
Niderlandlı dahi rəssam Vinsent van Qoqun ömrünün son iki ayında yaratdığı "Çiçəklənən şabalıd ağacları" ("Châtaigniers en fleurs") rəsm əsəri Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 190,4 milyon dollara satılaraq rəssamın yeni hərrac rekordunu müəyyənləşdirib
19 noyabr1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqust"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
4 noyabr"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen
23 oktyabrMona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23 oktyabr