Səidə Behbudova vəfat etdi

Səidə Behbudova vəfat etdiAzərbaycan mədəniyyətinə ağır itki üz verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Üzeyir Hacəbəyıi adına Bakı Musiqi Akademiyasının, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Səidə Behbudova dünyasını dəyişib.

Bunu mərhumun yaxınları Bakıvaxtı.az-a təsdiq edib.

Qeyd edək ki, Prof. Səidə Behbudova Bakı şəhərində anadan olub. 6 yaşından etibarən 11 illik musiqi məktəbində fortepiano təhsili almağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında Prof. Dr. Elmira Nəzirovanın sinfində təhsilini davam etdirib. Daha sonra Rusiyada P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Prof. Dr. Yakov Milşteynin sinfində təhsil alıb. Moskva, Tallin, Kiyev və Bakıda müxtəlif solo konsert proqramları ilə çıxış edib.

1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasında Prof. Dr. Elmira Nəzirovanın assistenti kimi Fortepiano ixtisası üzrə fəaliyyətə başlayıb. 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra dosent, 2000-ci ildən isə professor olaraq çalışıb.

Əmək fəaliyyəti dövründə milli və beynəlxalq fortepiano müsabiqələrində qalib olan onlarla tələbə yetişdirib. Prof. Səidə Behbudova Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Müəllim" fəxri adına layiq görülüb.

2007–2010-cu illər arasında Türkiyənin Sivas şəhərində yerləşən Cümhuriyyət Universiteti Gözəl Sənətlər Fakültəsinin "Fortepiano" Bölməsində çalışıb.

2012-ci ildən ömrünün sonunadək Çukurova Universiteti Dövlət Konservatoriyasının "Fortepiano" ixtisası üzrə professor heyətində fəaliyyət göstərib.

Allah rəhmət eləsin.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1497   Tarix: 06 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021