Azərbaycanda ən çox təqaüdü bu şəxslər alır (SİYAHI)

Azərbaycanda ən çox təqaüdü bu şəxslər alır (SİYAHI)Açıqlanan sonuncu məlumata görə, bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 500 min nəfərə sosial müavinət, 405 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 655 milyon manat, Prezident təqaüdləri üzrə 415 milyon manat ödənilib. Bu ilin 7 ayında 94 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 816 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 1024 manat 69 qəpik, sosial müavinətlər üzrə bir nəfərə düşən orta məbləği 1310 manat olub.

Ən yüksək təqaüd məbləğini isə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər alır. Onlara 2200 manat təyin olunub. Bundan başqa, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2000 manat olmaqla yüksək məbləğ hesab olunur. Ən yüksək təqaüdlər arasında üçüncü yerdə 1700 manatla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü gəlir.

Digər təqaüd növləri və məbləğləri aşağıdakı kimidir:

20 Yanvar şəhidi ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 700 manat

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 700 manat

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 700 manat

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə – 600 manat
orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə – 500 manat
orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə – 400 manat

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 250 manat

Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 120 manat

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 330 manatƏsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

Elmlər doktoru elmi dərəcəsinə görə - 500 manat
Fəlsəfə doktoru elmi dərəcəsinə görə - 300 manat

"Xalq" fəxri adına görə aylıq təqaüd - 300 manat

"Əməkdar" fəxri adına görə aylıq təqaüd - 200 manat

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 350 manat

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 120 manat

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 80 manat

Qeyd edək ki, Prezident təqaüdü şəxsin müraciət etmə müddətindən asılı olmayaraq, bu hüququn yarandığı gündən təyin edilir və ödənilir.

Xatırladaq ki, ötən ay doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

Doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

Ali təhsil müəssisələrində:

Magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

Orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

Peşə təhsili müəssisələrində:

- akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;
- akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;
- akademik göstəriciləri "3"–"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.

Həmçinin, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 350 manat olub.

Bundan başqa, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd" təsis edilib. Sərəncama əsasən ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə "Heydər Əliyev adına təqaüd" veriləcək. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir. //Sfera.az


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1859   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr