Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat oldu

Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat olduBakıda məktəbli formalarının satışını həyata keçirən "Ela" Məktəbli Formaları qiymətləri qaldırıb.

Qaynarinfo-nun məlumatına görə, şirkət Elm və Təhsil Nazirliyinə məxsus məktəb-liseylərin, həmçinin bəzi ümumtəhsil məktəblərinin formalarını satır. Son dəyişikliklərlə qiymətlərdə 10–30 faiz artım qeydə alınıb.

Məsələn, Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagirdləri üçün şalvarın qiyməti ötən il 29 manat olduğu halda, hazırda 39 manat təşkil edir. Jaket 39 manatdan 43 manata, uzunqol köynək 28 manatdan 29 manata, qısaqol köynək isə 27 manatdan 28 manata qalxıb.

Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat olduQeyd edək ki, "Ela" Məktəbli Formaları mağazası Bakıda yalnız bir ünvanda – Mərdanov qardaşları küçəsi 41-47-də fəaliyyət göstərir. Bu səbəbdən paytaxtın müxtəlif rayonlarında yaşayan valideynlər məhz həmin ünvana üz tutmaq məcburiyyətində qalır ki, bu da narazılıqlara yol açır.

Şirkət vergi uçotunda 02.09.2022-ci il tarixindən "Ela VİP" MMC adı ilə qeydiyyatdadır. Onun qanuni təmsilçisi Hallac Vedat Fikri göstərilir. Bir neçə gün əvvəl isə MMC-yə əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulmasına görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi ölkədə məktəbli formalarının qiymətində artım olmadığını bəyan edib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1253   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 97,91 dollar/barel təşkil edib

Neft qiymətləri Yaxın Şərqdəki uzunmüddətli münaqişə ilə bağlı artan narahatlıqlar fonunda yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,91 dollar (0,94%) çox, 97,91 dollar/barel təşki

8 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və yaxud 33 % artaraq tarixi maksimuma - 15 milyard 301,3 milyon ABŞ dollarına çatıb. bu barədə AMB-yə istinadən xəbər verir. "Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyy

7 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr