Dövlət teatrı 4 aydır direktor və müavinsiz qalıb - İşi baş mühasib icra edir
İntiqam Soltanın Mingəçevir Dram Teatrının direktoru vəzifəsindən ayrılmasından 4 aydan yuxarı vaxt keçir. Buna baxmayaraq, hələ də sözügedən teatrın direktor vəzifəsi boşdur.
Yeni teatr sezonun başlamasına sayılı günlər qalıb. Bütün teatrlar iş başındadır və mövsümü açacaqları tamaşanın məşqlərini edirlər, hansı əsərlərə quruluş verəcəklərinə dair müzakirələr aparılır. Belə bir vaxtda teatrın direktorsuz fəaliyyəti sual doğurur.
Bəs dövlət teatrına niyə 4 aydır direktor təyin olunmayıb?
Məsələni araşdırmaq üçün Mingəçevir Dövlət Dram Teatrı ilə əlaqə saxladıq. Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, istər Mingəçevir Dövlət Dram Teatrının direktoru, istərsə də teatrın direktor müavini vəzifələrini icra edən yoxdur.
Hər iki vəzifə boş olduğundan Mədəniyyət Nazirliyi bu iki səlahiyyəti teatrın baş mühasibi Vəfadar Rəhimova həvalə edib. Hazırda bu mədəniyyət ocağını mühasib idarə edir:
"Görün, Azərbaycanda teatr sənəti nə gündədir ki, onu 4 aydan yuxarıdır ki, baş mühasib idarə edir. Və bu barədə hələ də aidiyyatı qurumlar susur. Yəni, bu boyda ölkədə həmin teatra göndərməyə bir aktyor yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqust"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqustİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabr"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə
5 iyun