Qızıl zinət əşyası ilə yatırım qoymaq itkidir: İQTİSADÇI EKSPERT

Qızıl zinət əşyası ilə yatırım qoymaq itkidir: İQTİSADÇI EKSPERTƏlində 5-10 mini olanda çoxları bunu investisiya etmək istəyir. "Ən yaxşı" variant isə qızıl zinət əşyası almaqda görürlər. Düzdür, qızılın qiyməti günü-gündən bahalaşır, lakin alqı-satqı qiymətinin fərqliliyi bir az müəamma doğurur.

Bəs görəsən, sözügedən aralıqlıqda vəsaiti olan şəxslər üçün ən yaxşı yatırım forması nədir?

İqtisadçı-ekspert Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, pulu qızıl zinət əşyasına sərmaye qoymaq itkidən ibarətdir:

"İnvestisiya üçün 5-10 min manat o qədər də böyük məbləğ deyil. Amma bütün hallarda burada sərmaye qoymaq istəyən şəxsin düşüncə tərzi əsas rol oynayır. O hansı riskə getməyi düşünür? Yüksək, orta ya aşağı?

Bir çox ailələr də düşünür ki, əllərində pul olduqda onu qızıl zinət əşyasına çevirmək "gələcəyə sərmayədir". Amma bu böyük bir yanılmadır. Çünki zinət qızılının qiyməti bir başqadır, alış qiyməti isə tamamilə başqa. Məsələn, qızılın bazar qiyməti 1 qram üçün "x" manatdırsa, 3 qramlıq bir sırğa 3x-ə yox, 8x–10x-ə alınır. Çünki burada ustanın əməyi, dizaynı, mağazanın marjası və digər faktorlar var. Sonradan satmaq istədikdə isə yalnız qızılın qram dəyəri üzrə pul, yəni 3x manat təklif olunur. Bu halda "sərmayə qoymuş" yox, "itki etmiş"olunur.

Qızılı "yaman günün yarağı" kimi dəyərləndirmək o halda olar ki, ona yalnız xalis formada sərmayə edilsin. "Mən özümə sırğa aldım, gələcəyə pul yatırdım" düşüncəsi isə sadəcə illüziyadır, ya da bəzənmək üçün bəhanə.

Fikrimcə, 40 yaşdan aşağı insan üçün ən yaxşı bilik və bacarıqlarının inkişafına yönəlmiş investisiyadır. Özünə yatırım etmək istəməyən insan üçün riskin aşağı olduğu, pulun "batma ehtimalının" demək olar ki, olmadığı istiqamət depozitdir. Amma burada da infilyasiya göstəriciləri rol oyanır. Həmin proses müəyyən qədər depozit faizlərini yeyir və kiçik bir hissə qalır. Bundan əlavə onlayn platformalar üzərindən müəyyən investisiya fondlarının hissələrini almaq yaxud qida, xidmət, onlayn satışlarla bağlı sektorlarda kiçik biznes təşəbbüsləri göstərmək olar".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1139   Tarix: 15 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Azərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət

8 sentyabr