"Azərbaycan BTM-nin Baş Assambleyasının 80-ci sessiyasında öz mövqeyini və prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırdı " - Deputat

"Azərbaycan BTM-nin Baş Assambleyasının 80-ci sessiyasında öz mövqeyini və prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırdı " - Deputat"Azərbaycanın BMT-nin 80 illik yubiley tədbirində təmsil olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki artan rolunu və qlobal proseslərdə fəal iştirakını bir daha aydın şəkildə nümayiş etdirir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb:

"150-dən çox dövlət və hökumət başçısı iştirak etdiyi BMT Baş Assambleyasının yubiley sessiyası dünya ölkələrini bir araya gətirərək, beynəlxalq ictimaiyyətin qarşısında duran sülh, təhlükəsizlik, davamlı inkişaf və iqlim dəyişikliyi kimi həyati məsələlərin müzakirəsinə imkan yaratdı. Sessiyada dövlət və hökumət başçıları, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, çağdaş dünyanın üzləşdiyi çağırışlar və onlara qarşı birgə mübarizə yolları haqqında fikirlərini bölüşdülər. Xüsusilə, davam edən silahlı münaqişələr, qlobal ərzaq  böhranı, enerji təhlükəsizliyi ilə bağlı çətinliklər, yoxsulluğun azaldılması, bərpaolunan enerji mənbələrinin təşviqi və rəqəmsal transformasiya kimi məsələlər əsas müzakirə mövzularından biri oldu.

Azərbaycan bu sessiyada fəal iştirak edərək, öz mövqeyini və prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırdı. Bu iştirak ölkəmizin yalnız regional deyil, eyni zamanda, beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqi sahəsindəki mövqeyini və təşəbbüslərini BMT tribunasından ifadə etmək imkanlarını uğurla dəyərləndirdiyini göstərir. Azərbaycanın bu yüksək səviyyəli tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlıq prinsiplərinə və BMT-nin əsas məqsəd və vəzifələrinə sadiqliyinin bariz nümunəsidir. Bu, Azərbaycanın qlobal məsələlərə yalnız izləyici deyil, fəal tərəfdaş kimi yanaşdığını, milli maraqlarla yanaşı, ümumbəşəri dəyərlərin müdafiəsinə də töhfə vermək niyyətində olduğunu nümayiş etdirir".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında növbəti dəfə ölkəmizi və bütün dünyanı narahat edən məsələlərə toxundu:

"Ölkə başçımızın bu ali tribunadan çıxışı təkcə Azərbaycanın beynəlxalq mövqeyinin ifadəsi deyil, eyni zamanda regionda baş verən fundamental geosiyasi dəyişikliklərə dair qlobal ictimaiyyətə ünvanlanmış mühüm mesajıdır:

Çıxışın əsas mövzusunu Ermənistanla sülh danışıqları, əldə olunan nəticələr və bu prosesin Cənubi Qafqaz üçün yaratdığı yeni reallığı ifadə edir.

"Ermənistanla aparılan danışıqlar, delimitasiya və kommunikasiyaların açılması üzrə irəliləyişlər təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik və inkişaf vəd edir. Lakin belə həssas mərhələdə prosesə kənardan müdaxilə cəhdləri, sülhə qarşı yönəlmiş destruktiv yanaşmalar, geosiyasi maraqlar naminə regionda süni gərginlik yaratmaq istəyən qüvvələr istisna deyil.Ermənistanla aparılan danışıqlar, delimitasiya və kommunikasiyaların açılması üzrə irəliləyişlər təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik və inkişaf vəd edir. Lakin belə həssas mərhələdə prosesə kənardan müdaxilə cəhdləri, sülhə qarşı yönəlmiş destruktiv yanaşmalar, geosiyasi maraqlar naminə regionda süni gərginlik yaratmaq istəyən qüvvələr istisna deyil.

Cənab prezident İlham Əliyev uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışıb. Bu də isə isə ölkə başçımız qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışdı.Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi.

Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi".

Deputat vurğulayıb ki, bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar:

"Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək. Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır".

Deputat söyləyib ki, cənab prezident İlham Əliyev çıxışında Xəzər dənizinin su ehtiyatının azalması ilə bağlı problemə də toxunub:

"2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır.

Bu gün ölkəmizin qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyuruq. Azərbaycan hər zaman təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstərir. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib. Azərbaycan yeni bir dövrə qədəm qoyub.Son illərdə cənab prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 506   Tarix: 25 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xocalıda ANAMA əməkdaşı minaya düşdü (YENİLƏNİB)

Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyad

10 sentyabr
.

Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq

Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma

10 sentyabr
.

Məzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA

Azərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığı

10 sentyabr
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr
.

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali

10 sentyabr
.

Oğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA

Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd

11 sentyabr
.

"Ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur" - DEPUTAT

Avropa universitetləri, bu yaxınlarda isə ABŞ-də bir universitet Boloniya sistemi çərçivəsində üçillik bakalavr proqramına keçiblər. Dünyada baş verən trendləri nəzərə alaraq Azərbaycanda da "Ali təhsil haqqında qanun" layihəsinə yenidən baxmaq olar. xəbər verir ki, bunu Milli Məclisin deputat

11 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını

10 sentyabr