İşdən çıxarılan aktyordan açıqlama: "Mən əsgərəm..."
"Bundan sonra da yaradıcılıq sahəsində fəaliyyət göstərəcəm".
Bunu Qaynarinfo-ya açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq direktoru İftixar Priyev deyib.
Aktyor bildirib ki, bundan sonra hər hansı bir işdə etimad göstərilərsə, yerinə yetirməyə hazırdır:
"Mən bir əsgərəm. Dövlətimin, sənətimin, millətimin əsgəriyəm. Əgər hansısa bir sahədə mənə ehtiyac olsa, əsgəri borcumu davam etdirməyə hazıram. Heç vaxt geri çəkilmərəm. Çünki bu ömür bizə ona görə verilib ki, sənətimizə, peşəmizə, dövlətimizə xidmətimizi ləyaqətlə həyata keçirək. Bu vaxta qədər vicdanlı xidmət göstərmişəm, ləyaqətlə çalışmışam, bundan sonra heç vaxt geri çəkilmərəm. Üzərimə bir vəzifə qoyulsa, etimad göstərilsə, onu davam etdirməyə hazıram. Məndə boş dayanmağa həvəs yoxdur. Heç zaman boş dayanmamışam".
İftixar Priyev hazırda bir neçə əsər üzərində işlədiyini vurğulayıb:
"Mənim dincəlməyim yazmaqdır. Heç vaxt əlimi əlimin üstünə qoyub oturmamışam. Yazılarımla məşğulam, elmi işimi yekunlaşdırıram. Qarşıda müdafiəm var. İrəvan Teatrında mərhum Elçin müəllimin "Stalin" əsəri əsasında qeyri-səlist məntiq nəzəriyyəsi sistemi ilə "Stalinizm" adlı tamaşa hazırlayıram. Tamaşa tam qurulub, üzərində işlər yekunlaşıb, yalnız bir neçə məşqlərə ehtiyac var. Əgər İrəvan Teatrı məsləhət bilsə, onu teatrsevərlərə təqdim edəcəm. Bu Elçin müəllimin ruhu qarşısında mənim verdiyim sözdür. Yox, əgər İrəvan Teatrı məsləhət bilməsə, bu istiqamətdə heç bir iş aparmayacam, tamaşa dayanmış hesab olunacaq. Neçə vaxtdır ki, İrəvan Teatrı "Kral Lir" tamaşası üzərində işləyir. Rejissor mənim həmin tamaşada Kral Lir obrazında oynamağım üçün israrlıdır. Məşqlərin xeyli hissəsində iştirak etmişəm. Teatrın yeni rəhbərliyi uyğun bilsə, sözügdeən tamaşada da işimi davam etdirəcəm".
İftixar Priyev onu əvəzləyən, səlahiyyətlərini icra edən Zivər Ağayeva ilə bağlı da danışıb:
"Nazirlik məsləhət bilib, yəqin ki, uğurlu olar. Hər halda təyinat var, bunun özü xoş haldır. Mən bu təyinatı alqışlayıram. Çünki İrəvan Teatrı mənim üçün doğma bir məkandır. Əsas odur ki, teatr işləyir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabrPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqustCeki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
4 avqustBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulXəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabr