"Ölüm anında əlimi sinəsindən çəkib dedi ki..." - Fərman Şəkilinin ailəsi onunla bağlı xatirələrini danışdı
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı aktyor Fərman Abdullayevə (Fərman Şəkili) həsr olunub.
Verilişdə aktyorun ailəsi və dostları onunla bağlı xatirələrini bölüşüblər.
"Heç təsəvvür etmirdim ki, nə vaxtsa, Fərmanla tanış olarıq. Məndən yaşca xeyli böyük idi. Buna görə də onun evli olduğunu düşünürdüm. Fərmanla ilk tanışlığımız Şəki Dövlət Dram Teatrında baş tutub. Teatrda Fərmanın diqqətini hiss edəndə "evli ola-ola başqa qızlara baxır" düşüncəsi ilə onu qınadım. Sonralar qəlbimi oğurlamağı bacardı. Fərmanı tanıdıqca, ona daha da vurulurdum. Çox cəfakeş biri idi", - mərhum aktyorun həyat yoldaşı İradə Abdullayeva söyləyib.
11 ay xərçəng xəstəliyindən əziyyət çəkən F.Abdullayevin oğlu Edqar Abdulla atasının səhhəti ilə bağlı yaşadığı çətinliklərdən danışıb:
"Atam uzun müddət bu xəstəlikdən əziyyət çəkirmiş. Amma əlavə xərcimiz çıxar deyə bunu bizə deməmişdi. Xəstəxanaya gedəndən sonra artıq gec olduğunu öyrəndik. Həkimlər atama 4-5 ay vaxt qoydular. O isə 11 ay yaşadı. Bu bizim üçün böyük nemət idi. Atam çox mərd insan olub. Öləcəyini bilə-bilə bizə təsəlli verirdi. Əbədiyyətə qovuşacağı üçün sevinirdi".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər
2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin
29 oktyabrFirəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31 oktyabrFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustAtasının vəfatından sonra bu fotonu paylaşdı
Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi
30 oktyabr"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustMəşhur serialın komandası Azərbaycan yeməklərini daddı - Video
Türiyənin məşhur "Mehmed: Fetihler Sultanı" serialının komandası Azərbaycan mətbəxinin yeməklərindən dadıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər serialın sosial şəbəkə hesablarında paylaşılıb. "Azərbaycanın zəngin kulinariya mədəniyyətindən qaynaqlanan dadl
17 noyabrƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabr