Ölü kimi davranan super bakteriyalar kosmosu da təhdid edir

Ölü kimi davranan super bakteriyalar kosmosu da təhdid edirKosmik agentliklər başqa planetlərə aparat göndərməzdən əvvəl "planetlərin qorunması" prinsipinə ciddi yanaşır. Məqsəd - "Yer mənşəli həyatın" başqa bir planetə daşınmasının və ya Yer-dən gələn "qaçaq sərnişinin" yanlışlıqla yeni həyat forması kimi qəbul edilməsinin qarşısını almaqdır. Bunun üçün bütün kosmik aparatların səthləri xüsusi şəraitdə sterilizasiya edilir. Lakin yeni tədqiqatlar göstərir ki, bəzi bakteriyalar bu sərt təmizlik prosedurlarından belə xilas ola bilir və bu hal həm planetlərarası araşdırmalar, həm də insan sağlamlığı üçün mühüm nəticələr doğura bilər.

Qaynarinfo xəbər verir ki, Antarktida buzlaqlarından Yellouston geotermal sahələrinə qədər ekstremal şəraitdə yaşaya bilən ekstremofillər adlanan bakteriyalar əvvəldən məlum idi. Lakin insanlar, "kosmik aparatların təmiz otaqları" adlanan, süni şəkildə yaradılmış yeni bir ekstremal mühit formalaşdırıblar. Təmizlik prosedurları nə qədər ciddi olsa da, bəzi bakteriyalar sağ qalmaq üçün yeni strategiyalar inkişaf etdirir.

2007-ci ildə NASA-nın "Phoenix" eniş aparatının təmiz otağında aşkar edilən və əvvəllər yalnız Avropa Kosmik Limanında rast gəlinən "Tersicoccus phoenicis" bakteriyası bu "super orqanizmlərin" tipik nümunəsi sayılır. Tədqiqatçılar onun sterilizasiyadan xilas olmaq üçün "ölü kimi davranma" xüsusiyyətinə malik olduğunu müəyyən ediblər.

Bu bakteriyalar qida çatışmazlığı və quruluq kimi çətin şəraitdə "yuxu halına" keçərək sağ qalma qabiliyyətinə malikdir. Ən təhlükəli cəhət isə bu vəziyyətdə olarkən adi üsullarla aşkarlana bilməmələridir.

Houston Universitetindən mikrobioloq Madhan Tirumalai bu prosesi belə izah edir: "Onlar gizlənqaç oynayır. Uyğun şəraiti tapana qədər gizlənirlər".

Tirumalai bu bakteriyaların bu şəkildə uzun müddət sağ qala bilməsinin və başqa planetlərə yayılma ehtimalının ciddi narahatlıq doğurduğunu bildirir.

Houston Universitetinin dəstəklədiyi araşdırmada alimlər "Micrococcus luteus" adlı yaxın bir növdən əldə edilən "Canlandırma Dəstəkləyici Faktorlar" (RPF) vasitəsilə bu "yuxuda" olan bakteriyaları yenidən aktivləşdirməyə nail olublar. Bu yuxu halının, hər il təxminən bir milyon insanın ölümünə səbəb olan vərəm bakteriyasını da əhatə edən "Actinobacteria" şüvəsinin ümumi xüsusiyyəti ola biləcəyi düşünülür.

Tədqiqatçılar bildiriblər ki, aşkar edilən bu canlandırıcı faktor təkcə "Tersicoccus"u deyil, həm də vərəm bakteriyasını aktivləşdirə bilir. Bu nəticə, vərəm bakteriyasının yuxu halına keçərək antibiotik müalicəsindən yayınma mexanizmini anlamaq baxımından mühüm addımdır.

Tirumalai, bu yuxu halının yalnız kosmik aparat təmiz otaqları ilə məhdudlaşıb-məhdudlaşmadığını da araşdırmaq istədiklərini qeyd edir:

"Əsas sual budur: bu yuxu halı xəstəxanalar, dərman zavodları və qida sənayesi kimi digər müəssisələrdə də mövcuddurmu?"

Bu bakteriyaların yayılma dərəcəsi müəyyən edildikdə, əldə edilən nəticələr digər sahələrdə də sağlamlıq risklərinin idarə olunmasına yardım edə bilər.

Mütəxəssislər bu bakteriyanın Marsa və ya Yupiter və Saturnun buzlu peyklərinə qədər yayıla biləcəyi ilə bağlı suala səmimi cavab verir: "Bilmirik".

Bu qeyri-müəyyənlik həm həmin dünyalar haqqında bilik çatışmazlığından, həm də "Actinobacteria" şüvəsinin yuxu halı və davranışları barədə tam məlumata sahib olmamağımızdan irəli gəlir.

Tədqiqatın nəticələri göstərir ki, həm Yer üzündə ictimai sağlamlığa, həm də Günəş sisteminin dərinliklərində aparılan araşdırmalara təsirlərini tam anlamaq üçün əlavə elmi işlərə ehtiyac var.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 688   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada qadının ağız boşluğunda yeddi il əvvəl unudulmuş iynə tapıldı

Rusiyanın Vladivostok şəhərindəki stomatoloji klinikalardan birinin həkimləri pasiyentin ağız boşluğunda iynə tapıblar. xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. Qeyd olunur ki, yerli sakin təxminən yeddi il ağzında yad cisimlə gəzib. Qadın bildirib ki, uzunmüddətl

22 noyabr
.

Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb

Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur. Bu

22 noyabr
.

İordaniyada "GTA VI" qadağan edilir

İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir. xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlam

23 noyabr
.

"Titanik"dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı

"Titanik" faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat

22 noyabr
.

Braziliyanın sabiq prezidenti Bolsonaru reanimasiyada qalır

Braziliya xəstəxanasının reanimasiya şöbəsində olan keçmiş Braziliya prezidenti Jair Bolsonaroya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub. xəbər verir ki, bu barədə "CNN Brasil" tibb müəssisəsinin açıqladığı tibbi bülletenə istinadən məlumat yayıb. Bildirilib ki, sabiq dövlət başçısını

23 noyabr
.

Qazaxıstanda "əldən salan virus" yayılır: Minlərlə insan tibbi yardım üçün müraciət etdi

Qazaxıstanda virus yayılması səbəbindən Almatı şəhərinin 14 00-dən çox sakini tibbi yardım üçün müraciət edib. SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, təxminən 3 00 uşaq xəstəxanaya yerləşdirilib. Yoluxanlar bir neçə gün ərzində yüksək hərarətdən əziyyət çəkirlər. Bəzi hallarda temperatu

22 noyabr
.

Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək

Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib. "Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bi

22 noyabr
.

Norveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq

Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib

22 noyabr
.

Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) əsas milli təhlükəsizlik sənədlərinin nəzərdən keçirilməsi çərçivəsində nüvə sualtı qayıqlarının istifadəyə verilməsi məsələsinin müzakirəsini istisna etməyib. "Report"un "Kyodo News"a istinadən məlumatına görə, LDP-nin Təhlükəsizli

22 noyabr