Prezidentin qızları sərgi-satış yarmarkasında - Fotolar

Prezidentin qızları sərgi-satış yarmarkasında - FotolarNoyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.

"Qafqazinfo" xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar.

Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 "Gənc arıçı" ailəsi tərəfindən ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.

Xocalı rayonunda fəaliyyət göstərən "Güllü Yaylaq" arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı - Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda "Güllü Yaylaq" kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.

Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş "Kəlbəcər bal festivalı 2025"in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.

Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.
Prezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - FotolarPrezidentin qızları sərgi-satış yarmarkasında - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 864   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr