Bu da atamın nömrəsi... - Nihalın 5 il sonra üzə çıxan məktubu

Bu da atamın nömrəsi... - Nihalın 5 il sonra üzə çıxan məktubu44 günlük Vətən müharibəsi dövründə 11 yaşlı şagird Nihal Əlizadə döyüşdəki əsgərlərimizə məktub göndərib.

"Qafqazinfo" xəbər verir ki, həmin məktubu Dövlət İmtahan Mərkəzinin (DİM) müharibədə iştirak edən əməkdaşı illər sonra təqdim edib:

"Salam, canım əsgərim. Mən səni və digər əsgərlərimizi çox sevirəm və sizə güvənirəm. Siz əlinizdən gələni bizim üçün edirsiniz. Biz evdə isti yorğan-döşəkdə yatıb-durarkən, siz hər an heç bir şey olmasın deyə bizi qoruyursunuz. İnşallah evinizə sağ-salamat gələrsiniz.

Mənim adım Nihal Əlizadədir. 11 yaşım var, 5-ci sinfə gedirəm. Məni də görməyə gələrsiniz. İnşallah düşmən məğlub olar. Mən evdə nə qədər gülsəm də, ağlasam da sizi heç vaxt unutmuram.

Mənim qəlbim kiçik olsa da, sizi içində böyük saxlayıram. Canım əsgərim, yolunu səbirsizliklə gözləyəcəm. 3 rəngli bayrağımız Qarabağda dalğalanacaq!

İnşallah, işğalda olan bütün torpaqlarımızı azad edəcəyik. Mən bəzən televizorda "bir çox yerləri almışıq" deyərkən çox sevinirəm. Özünüzə yaxşı baxın, canım əsgər qardaşım! Mən səni görmək və qucaqlamaq istəyirəm".

Qeyd edək ki, noyabrın 8-i Vətən müharibəsindəki qələbəmizin 5 ili tamam olur. Balaca Nilayın o məktubda yazdığı hər şeyi Azərbaycan artıq öz taleyinə ilmə-ilmə toxuyub.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
Bu da atamın nömrəsi... - Nihalın 5 il sonra üzə çıxan məktubu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 821   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr