Maşın bazarında qiymətlər qalxacaq

Maşın bazarında qiymətlər qalxacaqHökumət ölkəyə avtomobil idxalı ilə bağlı yeni vergi dəyişiklikləri tətbiq edəcək. Qərara əsasən, gələn ildən idxal olunacaq yaşı 7-dən yuxarı olan benzin avtomobillərinin aksiz vergisi 1,5 dəfə, dizel mühərrikli avtomobillərinki isə 2 dəfə artırılacaq. Eyni zamanda, bu vaxta qədər müəyyən güzəştlər tətbiq olunan elektromobillər ƏDV-yə cəlb ediləcək, hibrid avtomobillər üçün isə mövcud vergi güzəştlərinin ləğvi nəzərdə tutulub.

Bu dəyişikliklərin avtomobil bazarında qiymətlərə, alıcı tələbinə və ümumilikdə bazarın dinamikasına mühüm təsir göstərəcəyi istisna olunmur. Qərar maşın bazarında bahalaşmaya da səbəb olacaqmı?

Modern.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, adətən hər ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklər edilir və bu dəyişikliklər növbəti ildən qüvvəyə minir.

"Gələn ildən etibarən daxili yanma mühərrikli minik avtomobillərinə tətbiq olunacaq aksiz vergilərində mühüm dəyişikliklər nəzərdə tutulur. Hazırda qüvvədə olan qaydalara əsasən, idxal olunan avtomobillərin aksiz vergisi həm istehsal ilinə, həm də mühərrikin iş həcminə görə hesablanır. Əgər minik avtomobilinin istehsal ili 7 ildən yuxarıdırsa, benzin mühərrikli avtomobillər üçün bu göstərici 1.2 əmsalı, dizel mühərrikli avtomobillər üçün isə 1.5 əmsalı ilə hesablanır.

Məsələn, yeni benzin mühərrikli avtomobil üçün aksiz vergisi 10 min manatdırsa, yaşı 7 ildən çox olan analoji avtomobil üçün bu məbləğ 12 min manata yüksəlir. Dizel mühərrikli avtomobil üçün isə eyni halda aksiz vergisi 15 min manat olur".

Hüquqşünasın sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən bu əmsallar artırılacaq.

"Belə ki, yeni dəyişikliklərə əsasən 7 ildən yuxarı benzin mühərrikli avtomobillərin aksiz vergisi 1.2 deyil, 1.5 əmsalı ilə hesablanacaq, gələn ildən dizel mühərrikli avtomobillər üçün isə əmsal 1.5-dən 2-yə qaldırılacaq. Bu dəyişiklik nəticəsində yaşı 7-dən çox olan avtomobillərin aksiz vergisi 25-33 faiz civarında artacaq.

Eyni zamanda, hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər də gələn ildən dayandırılacaq. Bu isə o deməkdir ki, yanvarın 1-dən etibarən hibrid və köhnə avtomobillərin idxal rüsumları artacaq, nəticədə avtomobil bazarında qiymət artımı qaçılmaz olacaq".

Ekspert həmçinin bildirib ki, bu dəyişikliklərin əsas məqsədi köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, daha yeni və ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmaqdır:

"Hökumət istəyir ki, 7 ildən çox istismar olunan avtomobillərin Azərbaycana gətirilməsi səngidilsin. Çünki bu avtomobillər artıq ekoloji baxımdan da, texniki cəhətdən də köhnədir. Yeni qaydalar daha çox kiçik mühərrikli, az yanacaq sərf edən, ekoloji təmiz, elektrik və hibrid avtomobillərin gətirilməsini təşviq edəcək".

Ekspert eyni zamanda vurğulayıb ki, bu dəyişikliklər avtomobil bazarında bir neçə istiqamətdə təsir göstərəcək:

"İlk növbədə ölkəyə ümumi avtomobil idxalı azala bilər. Bundan əlavə hibrid avtomobillərin payı azalacaq, elektrik avtomobillərin payı isə nisbətən artacaq. Həmçinin, daxili yanma mühərrikli, yeni və kiçik mühərrikli avtomobillərə marağın yüksələcəyi, ümumi qiymətlərdə isə artım müşahidə olunacağı gözlənilir".

Ə.Hüseynov vurğulayıb ki, idxal rüsumlarının qalxması avtomobilin ümumi satış qiymətinə də birbaşa təsir edir. Onun sözlərinə görə, bu ikinci əl avtomobillərin alqı-satqısında da bahalaşmaya səbəb olacaq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, hazırda ölkədəki minik avtomobili parkının 86 faizindən çoxunu yaşı 10 ildən yuxarı nəqliyyat vasitələri təşkil edir:

"Bu göstərici 2022-ci ilə aiddir və həmin dövrdə artıq ölkəmizin avtomobil parkı köhnəlmiş hesab olunurdu. Hibrid və elektrik avtomobillərə verilən güzəştlər bu parkın yenilənməsinə ciddi təkan verib. Eyni zamanda, taksi parklarının yenilənməsi istiqamətində də işlər görülürdü. Bundan başqa, yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə qadağalar tətbiq olundu və utilizasiya prosesi başlandı".

E.Əliyev hesab edir ki, yaşı 7 ildən yuxarı avtomobillərin aksiz dərəcəsinin artırılması da parkın cavanlaşmasına xidmət edəcək:

"Əgər təhlükəsiz və zəmanətli avtomobil istəyiriksə, onu rəsmi idxalçılardan almaq daha məqsədəuyğundur. Biz assosiasiya olaraq bunu tövsiyə edirik, lakin seçim, təbii ki, vətəndaşların öz ixtiyarındadır".

Onun sözlərinə görə, hazırda Azərbaycana yeni avtomobillər ən çox Çin, Koreya və Avropa ölkələrindən, ikinci əl avtomobillər isə Yaponiya, Koreya və ABŞ-dan gətirilir:

"Bu qaydalar bütün ölkələr üçün eynidir. Yəni, hibrid avtomobillərə verilən güzəştlər bitibsə, fərq etmir, avtomobil Avropadan, yaxud Asiyadan gətirilib. Əsas olan istehsal ili və mühərrik növüdür".

E.Əliyev sonda əlavə edib ki, 2026-cı ildən avtomobil idxalında yeni mərhələ başlayacaq. Köhnə və hibrid avtomobillərin baha başa gəlməsi bazarda qiymət artımı ilə müşahidə olunacaq, nəticədə elektrik mühərrikli və yeni nəsil avtomobillərin payı artacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 885   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dənizə getmək istəyənlər oxusun

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba

25 iyul
.

Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan

24 iyul
.

65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə

26 iyul
.

Süni intellektin inkişafı ən çox hansı peşə sahiblərini narahat edir? - AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir tərəfdən iş proseslərini sürətləndirən və məhsuldarlığı artıran bu texnologiyalar, digər tərəfdən bəzi peşələrin gələcəyi ilə bağlı narahatlıqları artırır. Xüsusilə təkrarlanan və standartlaşdırılmı

24 iyul
.

Pensiya alanlara ŞAD XƏBƏR: İyul ayının...

Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları

25 iyul
.

"WhatsApp"da yeni funksiyalar

"WhatsApp" istifadəçilərin gündəlik həyatını asanlaşdırmaq məqsədilə yeni funksiyalar paketini istifadəyə verib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, yeniliklər istifadəçilərə müxtəlif platformalarda ünsiyyəti daha rahat və fasiləsiz davam etdirməyə imkan yaradacaq

25 iyul
.

Azərbaycan I yarımildə 4 milyon dollar dəyərində nar ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə, 299 min dolla

25 iyul
.

Dənizdə niyə ən çox gənclər boğulur? - Onların ən böyük səhvləri bunlardır

Yay aylarında havaların isinməsi ilə birlikdə minlərlə insan istirahət üçün dəniz və çimərliklərə üz tutur. Təəssüf ki, bu mövsüm hər il boğulma hadisələrinin də artması ilə yadda qalır. Xüsusilə diqqət çəkən məqam odur ki, boğulanların əhəmiyyətli hissəsini məhz gənclər təşkil edir. Mütəxəssislər bildirirlə

24 iyul
.

Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 7 min 852 ton (11,4 , dəyər baxmında

25 iyul