Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
8 Noyabr – Zəfər Günü ərəfəsində İçərişəhər "Cümə məscidi" dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Müraciətdə deyilir ki, "8 Noyabr – Zəfər Günü münasibətilə Sizi və Sizin timsalınızda bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə möhkəm can sağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Bu tarixi gün xalqımızın birlik və həmrəyliyinin, şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış azadlığın, ədalətin və milli qürurumuzun təntənəsidir. Sizin müdrik rəhbərliyiniz və Müzəffər Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb.
Biz din xadimləri olaraq bu Zəfəri Uca Yaradanın xalqımıza böyük lütfü kimi dəyərləndirir, şəhidlərimizin ruhuna dualar edir, qazilərimizə şəfa diləyirik. Sizin rəhbərliyinizlə ölkəmizdə bərqərar olan sabitlik, milli həmrəylik və mənəvi dirçəliş bütün sahələrdə tərəqqinin təməlini təşkil edir.
Bir daha Zəfər Günü münasibətilə Sizi təbrik edir, Vətənimizin rifahı, dövlətimizin qüdrəti və xalqımızın firavanlığı naminə Uca Allahdan Sizə qüvvət və bərəkət diləyirəm.
Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 641 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr