Metro kartları daha istifadə edilməyəcək - VACİB AÇIQLAMA
Bakıda metroda ödəniş sisteminin yenilənməsi ictimai maraq doğurub. Artıq "BakıKart"la yanaşı, bank kartları, eləcə də Google Pay və Apple Pay kimi ödəniş vasitələri ilə də keçid mümkün olacaq. Bu dəyişiklik bəzilərində "metro kartları dövriyyədən çıxırmı?" sualını gündəmə gətirib. Bəs bu, sadəcə modernləşmə dalğasının bir hissəsidir, yoxsa mövcud sistem tədricən ləğv olunur? Daha vacibi, texniki nasazlıq halında məsuliyyəti kim daşıyacaq – metro, yoxsa bank?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu proses metro kartlarının dövriyyədən çıxarılması deyil, sadəcə sistemin modernləşdirilməsi və rahatlığın artırılması məqsədi daşıyır:
Ekspert deputatla razılaşmadı: Velosipeddən istifadə edənlərin sayı artıb
"Metro ödəniş sisteminə əlavə bir yenilik gətirir. Burada yalnız üstünlüklərdən danışmaq olar. İstənilən sərnişin özünə uyğun olan ödəniş üsulundan istifadə edə biləcək. Bu, seçim imkanlarını genişləndirir."
Ekspertin sözlərinə görə, texniki nasazlıq halları baş verərsə, məsələ operativ şəkildə həll olunacaq:
"Hər hansı problem yaranarsa, onu tez bir zamanda aradan qaldıracaqlar. Xidməti göstərən "BakıKart"dır və ödənişlə bağlı risklər olarsa, şirkət bunu banklarla birlikdə həll edəcək."
Ağamirzəyev əlavə edib ki, alternativ ödəniş vasitələrinin çoxluğu həm təhlükəsizlik, həm də sərnişin rahatlığı baxımından böyük üstünlük yaradır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?