"Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram"
"Bu gün Azərbaycan mədəniyyəti üçün nələrsə edə biləcəyim halda görürəm ki, atla itin, şorla yağın qiyməti birdir. Çıxırsan konsert verirsən, alqış alırsan. Biz hökumətin dəyərini istəyirik. Ona görə yox ki, hökumətdən dəyər gözləyirik, yox. Dəyər elə adamlara verilir ki... Baxıb, deyirsən... Ya onların güzgüsü əyridir, ya da mən blmirəm sənət nədir".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Kamran Yunis "Rövşanə ilə gündəm" yutub layihəsində deyib. O, aktyorlara dəyər verilməməsindən şikayətlənib. Hazırda işsiz olan aktyor bunları əlavə edib:
"Niyə müraciət edim ki? Hamı bilir ki, işsizəm. Çağırsalar ki, getmərəm. Mədəniyyət nazirliyinin bir işçisi ilə martda bir problemimlə bağlı danışdım. Qayıtdı ki, sizi nazirlə görüşdürəcəyəm. Dedim, görüşdürməyəcəksən. Görüşdürmədi də. Gedib çobanlıq etmək istəyirəm. Bu mənim üsyanımdır".
K.Yunis aparıcı Rövşanə Ağasəfqızının "Aktyoru addım-addım tamadalığa gətirdilər" sözlərinə belə reaksiya verib:
"Elə sənət orada batdı. Bilirsiniz nələrə məcburam? Dilənçiliyə, əxlaqsızlığa məcburam. Sənətçiləri əxlaqsızlığa gətirən nə oldu? Teatrdan, kinodan ala bilmədiklərini nədənsə və kimdənsə almağa başladılar. Əxlaqsız olan sənətçi yox, onu həmin hala gətirən amildir. Son vaxtlar pozğunları qınamıram. TikTok-da özünü satmağa qoyanları qımnamıram. Nə baş verir ki, o hala gəlir? Heç kim bu dünyada əxlaqsız olmaq istəmir. Onu ona vadar edən var".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?