"Toyumda asılan bayrağı Hadrut yüksəkliyinə sancdıq" - Video
Vətən müharibəsi qazisi, ehtiyatda olan xüsusi təyinatlı qüvvələrin əməkdaşı Kamran İbrahimov Hadrut istiqamətindəki döyüş əməliyyatında iştirak edərkən yaşadıqlarını danışıb.
"Qafqazinfo" xəbər verir ki, o, əməliyyat zamanı əsas məqsədin Hadruta giriş istiqamətindəki yüksəkliyi ələ keçirmək olduğunu bildirib.
"Hadrut alınsa da, avtomobillərimiz və texnikalarımız qəsəbəyə daxil ola bilmirdi. Ermənilər orada gizlənmişdilər. Tapşırıq gəldi ki, Hadruta giriş istiqamətindəki yüksəkliyi ələ keçirik. O yüksəklikdən Hadrut tam görünürdü. Həmin yerdə erməni qrupu mərkəzdən gələn texnikalarımızı vura bilirdilər", - K. İbrahimov qeyd edib.
Kamran İbrahimov bildirib ki, əraziyə səssiz basqın edərək düşmənin yerləşdiyi obyektə daxil olublar:
"Gördük ki, obyekt boşdur, amma qazın üstündə yeməklər isti, transformator və rabitə xətləri isə işlək vəziyyətdədir. Başa düşdük ki, ermənilər biz əraziyə girməzdən təxminən bir saat əvvəl oranı tərk ediblər".
O, Hadrutda yaşadığı unudulmaz anı da bölüşüb:
"Ailə həyatı qurduğum zaman bəylik kürsümün arxasında asılan bayrağı həmişə çantamda daşıyırdım. Həmin bayrağı Hadrut yüksəkliyinə sancdıq".
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 957 Tarix: 11 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr