"Dünyagöz Bakı" xəstəxanasının 630 min manat vergi borcu yarandı
"Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə yarım milyon manatdan artıq vergi borcu yaranıb.
Sonxeber.az Teleqraf-a istinadən xəbər verir ki, "Dünyagöz Bakı" Xəstəxanasının bu günə olan vergi borcu 630 min manat təşkil edir. Məlumata görə, xəstəxananın vergi borcu hər ay artmaqda davam edir.
"Dünya Göz Azərbaycan" MMC-nin qanuni təmsilçisi Adem Esgürdür. Şirkətin nizamnamə kapitalı 10 min manat məbləğində göstərilib.
Adem Esgür bir neçə ölkədə fəaliyyət göstərən "Dünyagöz Xəstəxanalar Qrupu"nun İdarə Heyəti sədrinin müavinidir.
Qrupun Türkiyədə 10-dan çox xəstəxanası fəaliyyət göstərir. "Dünyagöz" brendi altında həmçinin Almaniya, Gürcüstan, Niderland və digər ölkələrdə də tibb müəssisələri mövcuddur.
Türkiyənin nəhəng səhiyyə şirkətlərindən biri olan "Dünyagöz Xəstəxanalar Qrupu"nun əsas pay sahibi tanınmış iş adamı Eray Kapıcıoğludur. Azərbaycandakı "Dünyagöz" xəstəxanasının qanuni təmsilçisi olan Adem Esgürün isə şirkətdəki payı 1 faizə yaxındır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 661 Tarix: 13 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr