Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb

Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb​Vətən müharibəsindəki Şanlı Qələbənin 5 illiyi münasibəti ilə Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə ənənəvi görüş keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və bir neçə gün əvvəl Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan hərbiçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev tədbir iştirakçılarını Şanlı Zəfərimizin 5 illiyi münasibəti ilə təbrik edib. Qeyd edib ki, uzun illər etdiyimiz dualar və arzularımız çin oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuz 44 günlük Vətən Müharibəsi və daha sonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edildi. Buna görə də biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizə minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.
Bu gün şəhidlərimizin ailələri, qazilərimiz ölkə başçımızın və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə edilib. Onlara dəstək üçün lazımi tədbirlər görülür. Çünki bu Şanlı Qələbəmizə görə biz ollara borcluyuq.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri müavini İsrafil Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı Regional bölməsinin müdiri Anar Kazımov, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qabil Vahidov, şəhid anası Mehriban Əmrahova, müharibə veteranı, polkovnik Bəhrəm Atakişiyev və başqaları şəhid ailələri, müharibə vereranları göstərilən diqqət və qayğıya görə Ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıbBibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıbBibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıbBibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıbBibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıbBibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıbBibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıbBibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıbBibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 639   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr