"Bu jurnalistlərin əməkhaqları artırılıb" - Natiq Məmmədli
"Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır".
Sonxeber.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin dəstək müsabiqələrinin yeni qaydalarını şərh edərkən deyib.
"Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir", - N.Məmədli qeyd edib.
Xatırladaq ki, MEDİA-nın dəstək verdiyi veb-saytlarda çalışan jurnalistlərin minimum əməkhaqqı 600 manatdan 800 manatadək artırılıb. Yeni qaydalara görə, veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi də 3000 manatdan 5000 manatadək artırılıb və minimum işçi sayı 4 nəfər müəyyənləşib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 609 Tarix: 13 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr