Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib
Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib.
Sonxeber.az xəbər verir ki, bu təklifi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı irəli sürüb.
O, dövlətin çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirdiyini vurğulayaraq bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac olduğunu bildirib:
"Beynəlxalq təcrübəni öyrənməklə, üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiq olunmasını təklif edirik".
Komitə sədri həmçinin vurğulayıb ki, mövcud qanunvericiliyə və Nazirlər Kabinetinin müvafiq Qərarlarına əsasən, ölkədə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır:
"Uşaqlara, eləcə də, müəllim və texniki heyətə ilkin yardım göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçalarında və məktəblərdə tibb işçiləri yoxdur. Bu, psixoloji xidmətin təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 11092 Tarix: 13 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr