Azərbaycanda tibb müəssisələri üçün vahid və ədalətli vergi çərçivəsinin yaradılması təklif edilir
Azərbaycanda tibb müəssisələri üçün vahid və ədalətli vergi çərçivəsi yaradılmalıdır.
Sonxeber.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, müxtəlif xəstəxanalar və səhiyyə strukturları fərqli vergi rejimlərinə tabe tutulur: "Bu yanaşma, hamımıza məlumdur ki, uzun illərdən bəri davam edir və nəticədə bir sahədə eyni işi görən mütəxəssislər arasında bərabər olmayan iqtisadi şərait formalaşır. Eyni tibbi xidməti göstərən qurumlara fərqli vergi münasibəti bir tərəfdən bazarda ədalətsiz rəqabət yaradır və digər tərəfdən də investisiya mühitinə mənfi təsir göstərir.
Bu gün iqtisadi blokun da burada olmasını nəzərə alaraq, sualım belədir. Səhiyyə sahəsində fəaliyyət göstərən bütün subyektlər üçün, istərsə dövlət, yəni Səhiyyə Nazirliyinin tərkibində olan elmi-tədqiqat institutları, tibb universiteti, istər özəl, istərsə də müxtəlif hüquqi formalı tibb müəssisələri üçün vahid və ədalətli vergi çərçivəsinin yaradılması nəzərdən keçirilirmi?"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 852 Tarix: 21 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr