Şirniyyat istehsal edilən məkanda dəhşətli mənzərə - FOTOlar

Şirniyyat istehsal edilən məkanda dəhşətli mənzərə - FOTOlarTürkiyədə, Kocaelinin Derince rayonunda yerləşən şirniyyat istehsalı müəssisəsində aparılan yoxlama zamanı mədə bulandıran mənzərələr üzə çıxıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yoxlama zamanı istehsal sahəsi və mətbəxdə gigiyena qaydalarına əməl edilmədiyi aşkarlanıb.

Antihigiyenik şəraitlə qarşılaşan Elyıldırım işçi heyətinə irad bildirərək deyib:

"Burada qidanı necə istehsal edirsiniz? Bura çirkab içindədir. Bu şəkildə olmaz. Təmizlik ləvazimatları belə düzgün yerdə deyil. Məkanın vəziyyəti çox pisdir".

Yoxlama qrupları istehsalda istifadə olunan yağ bidonlarını da araşdırıb. Bu məhsulların qida kodeksinə uyğun olmadığı və tarixlərinin yoxlanmalı olduğu bildirilib. Həmçinin digər kənar hissələrdə yığılan çirkli materiallar, tullantılar və sanitariya tələblərinə cavab verməyən şərait diqqət çəkib. İş yerində hətta xarab olmuş məhsulların istifadə edildiyi də müəyyən olunub.

Bundan əlavə, qida istehsalı üçün nəzərdə tutulmuş sahədə işçilərə məxsus yataq otaqları və şəxsi yaşayış yerlərinin də olduğu üzə çıxıb. Elyıldırım bu vəziyyətin qanunvericiliyə zidd olduğunu vurğulayaraq deyib:
"Qida hazırlanan sahələrdə yataqxana olmaz. Qanunlarda da bu barədə açıq şəkildə maddə var".

Yoxlamanın sonunda Elyıldırım belə şəraitdə istehsalın mümkünsüz olduğunu bildirib:

"Derincenin sakinlərinə belə məhsulları yedirtmərəm. Bunun izahı yoxdur. Bələdiyyə olaraq buna icazə verməyəcəyik".

Aşkarlanan bütün qayda pozuntuları ilə bağlı dərhal hüquqi tədbirlər görülməsi tapşırılıb və müəssisənin fəaliyyəti dayandırılaraq möhürlənib.
Şirniyyat istehsal edilən məkanda dəhşətli mənzərə - FOTOlarŞirniyyat istehsal edilən məkanda dəhşətli mənzərə - FOTOlarŞirniyyat istehsal edilən məkanda dəhşətli mənzərə - FOTOlar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1205   Tarix: 25 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr