Aktyorların belə pul ala bilmədiyi kino necə tarixin ən yaxşı 5-ci filmi oldu?

Aktyorların belə pul ala bilmədiyi kino necə tarixin ən yaxşı 5-ci filmi oldu?IMDb-nin ən yaxşı 250 film siyahısında yer alan, 1957-ci ildə nümayiş olunan və illərlə dərs materialı kimi istifadə edilən bir film var. Bəs çəkildiyi dövrdə heç bir kassa uğuru qazanmayaraq, bəzi aktyorların hətta pulunu belə ala bilmədiyi filmin hekayəsi nədir?

Qaynarinfo xəbər verir ki, söhbət Sidney Lumetin çəkdiyi 1957-ci il istehsalı olan "12 Angry Men" – Azərbaycan dilində "12 Qəzəbli Kişi" filmindən gedir. Bütün zamanların ən nüfuzlu filmlərindən sayılan bu şah əsəri demək olar ki, tamamilə bir otaqda keçən sadə quruluşuna baxmayaraq, onilliklərdir təsirini itirməyən bir kult əsərə çevrilib.

Filmin mövzusu nədir?

Filmin hekayəsi, qətldə günahlandırılan bir gəncin taleyini müəyyənləşdirmək üçün bir araya gələn 12 münsif üzvünün müzakirələrinə əsaslanır. İlk baxışda cinayətin baş verdiyi tamamilə aydın görünür; sanki qərar çoxdan verilib. Lakin münsiflərdən biri "Bir insanın həyatı müzakirə mövzusudursa, tələsməməliyik" deyərək şübhələrini ifadə edir. Bundan sonra otaqda başlayan gərginlik tədricən hər bir münsifin qorxularını, qəzəbini və vicdanını üzə çıxaran dramatik bir qarşıdurmaya çevrilir.

Büdcəsi nə qədər idi?

"12 Qəzəbli Kişi" Sidney Lumetin rejissor kimi çəkdiyi ilk film idi. 96 dəqiqəlik film cəmi 340.000 dollar büdcə ilə ərsəyə gəlib.

Kassada uğursuzluq

"12 Qəzəbli Kişi", dövrün Hollivud əyləncə üslubuna uyğun olmayan, aksiyondan çox dialoqlara söykənən bir film olduğu üçün nümayiş olunduğu ildə gözlənilən diqqəti görməyib. Tək məkan, ulduz aktyor azlığı və dramatik quruluş səbəbilə geniş kütlə filmi seçməyib.

"Screen Rant"ın məlumatına görə, həmin dövrdə böyük ulduz olan və filmdə 8 nömrəli münsifi canlandıran Henri Fonda, studiyanın bölgü strategiyasından məyus olub. O düşünürmüş ki, rəhbərlik filmi tamaşaçıya çatdırmaq və gəlir əldə etmək üçün lazım olan şansı verməyib. Buna baxmayaraq, Fonda bu filmi karyerasının ən yaxşı işlərindən biri adlandırıb və onu "möhtəşəm" kimi səciyyələndirib.

Film gəlir gətirmədiyi üçün Henri Fonda heç öz maaşını ala bilməyib.

Necə əfsanəyə çevirildi?

Bəs necə oldu ki, film klassikləşdi? Zaman keçdikcə film kino məktəblərinin, hüquq fakültələrinin və ədalət mövzulu dərslərin ayrılmaz materialına çevrilib. Tənqidçilər filmi yenidən dəyərləndirərək deyir:

* möhtəşəm aktyor oyunu,
* gərginlik yaratmaqdakı sadəlik və ustalıq,
* tək məkan olmasına baxmayaraq heç sıxmayan dinamika,
* insan təbiətinə dair iti müşahidələr

Film yavaş-yavaş bütün dünyada kult izləyici kütləsi qazanıb və nəticədə IMDb TOP-250 siyahısında 5-ci yerə qədər yüksəlib.

Filmin "Rotten Tomatoes"da tənqidçi balı tam 100-dür. IMDb balı isə 9.

"Screen Rant"a görə, filmin məşq prosesi aktyorlar üçün olduqca çətin keçib. Rejissor Sidney Lumet aktyorları saatlarla eyni otaqda qalmağa və replikalarını dəfələrlə təkrarlamağa məcbur edib — özü də heç bir çəkiliş aparmadan. Bu üsul aktyorlara həddindən artıq isti bir otaqda, dünyadan təcrid olunmuş vəziyyətdə qalan bir qrup kişinin nə hiss etdiyini real şəkildə yaşatmaq üçün seçilib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1526   Tarix: 25 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr