Makron Rusiyanın son hücumlarından sonra Ukraynaya dəstəyini ifadə edib

Makron Rusiyanın son hücumlarından sonra Ukraynaya dəstəyini ifadə edibFransa Prezidenti Emmanuel Makron Rusiyanın son hücumları fonunda ukraynalı həmkarı Volodimir Zelenskiyə bir daha dəstəyini ifadə edib.

"Report"un məlumatına görə, Makron bunu Zelenski ilə telefon danışığının nəticələri barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

"Az əvvəl prezident Zelenski ilə danışdım. Son Rusiya hücumlarını pislədiyimizi təsdiqlədim və Ukraynaya həmrəyliyimi bildirdim. Beynəlxalq müzakirələrimin nəticələrini, xüsusilə Çində apardığım danışıqları onunla bölüşdüm", – paylaşımda qeyd olunub.

Makron vurğulayıb ki, Fransa münaqişənin deeskalasiyasına və atəşkəsin əldə olunmasına nail olmaq üçün bütün tərəflərlə əməkdaşlıq etməkdə qətiyyətlidir.

"Bundan əlavə, biz bazar ertəsi Londonda Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertslə koordinasiyamızı davam etdirəcəyik. Bu, ukraynalılarla amerikalılar arasında aparılan son danışıqlar fonunda baş tutacaq", – o bildirib.

Makronun sözlərinə görə, avropalılar mütləq ədalətli və davamlı həllin əldə olunmasında əsas dayaqlardan biri olacaqlar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 797   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2500 il əvvəl Siciliyada körpələrə üç aylıqdan bərk qida verilib

Alimlər qədim Siciliyada yaşayan insanların körpələri qidalandırma vərdişləri ilə bağlı maraqlı nəticələr əldə ediblər. Araşdırmaya görə, 2500 ildən çox əvvəl uşaqlara hələ üç aylıq olarkən bərk qidalar verilməyə başlanılıb. xəbər verir ki, tədqiqatın nəticələri "European Journal of Archaeology"

23 noyabr
.

Şahbaz Şərif Rusiyaya səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üçgünlük səfər edəcək. xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb. Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə təhlükəsizlik, ticarət və enerji məsələləri ətrafında danışıqlar aparmağı planlaşdırır

23 noyabr
.

ABŞ İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır? Trampın növbəti addımı gözlənilir

ABŞ və İran arasında davam edən müharibə fonunda Vaşinqtonun növbəti hərbi addımları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp administrasiyası Tehrana qarşı hərbi və iqtisadi təzyiqləri davam etdirir. Bununla yanaşı, regionda ABŞ qüvvələrinin təhlükəsizliy

24 noyabr
.

Cənubi Koreyanın təhsil naziri imtahanlarda süni intellektdən istifadəylə bağlı qalmaqallar fonunda istefa verib

Cənubi Koreya Prezidenti Li Ce Myon, ölkənin dövlət imtahan sisteminin süni intellektdən (Sİ) istifadə edərək saxtakarlığın qarşısını almaq üçün yetərli hazırlıq görməməsi ilə bağlı ictimai tənqidlər fonunda təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. "Report"un Cənubi Koreyanın "NewsTomato"

22 noyabr
.

Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq öldü

ABŞ-nin Virciniya ştatının rəsmiləri azyaşlı uşağın qızılcadan ölümünü qeydə alıblar ki, bu da ştat üçün, demək olar, yarım əsrdə ilk belə haldır. xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsinin məlumatında deyilir. Yerli mətbuatın məlumatına görə, bu, 1978-ci ildən bəri ştatda insanın qızılcada

22 noyabr
.

WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər

ABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın Pentaqonda rəhbər vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təsdiqlənməsinə qarşı çıxmağa hazırdırlar. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən məlumat yayıb

22 noyabr
.

Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Brüssel sammitində universitetlərdə güzəştli təhsil haqqının tətbiqi ilə bağlı razılığa gəlməyiblər - danışıqlar altı ay təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb. Aİ nümayəndələri bildiriblər ki, Britaniy

22 noyabr
.

ABŞ-da bir gündə 7,2 mindən çox aviareys təxirə salınıb

ABŞ-da noyabrın 22-də hava nəqliyyatında genişmiqyaslı problemlər yaşanıb. Bir gün ərzində ölkə üzrə 7,2 mindən çox aviareys gecikib və ya ləğv olunub. xəbər verir ki, bu barədə FlightAware portalının məlumatlarında bildirilib. Məlumata görə, gecikdirilən uçuşların sayı 6,8 mini ötüb, 400-ə yaxın rey

23 noyabr
.

İran blokadadan çıxmaq üçün plan hazırlayıb

İran tərəfi ABŞ-nin tətbiq etdiyi blokadadan çıxmaq üçün plan hazırlayıb. "Report" xəbər verir ki, bunu "Bəsic" qüvvələri rəhbərinin müavini Qasım Qureyşi jurnalistlərə açıqlayıb. "Biz blokadanı yarmaq üçün plan hazırlamışıq. İndiyədək bu istiqamətdə yaxşı addımlar atılıb. Hə

22 noyabr