"X" sosial şəbəkəsi 120 milyon avro cərimələndikdən sonra AK-nın reklam hesabını bloklayıb
"X" sosial şəbəkəsi Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında qanununu pozduğuna görə 120 milyon avro cərimələndikdən sonra Avropa Komissiyasının (AK) reklam hesabını bloklayıb.
"Report"un məlumatına görə, bu barədə "X" şirkətinin məhsullar üzrə rəhbəri Nikita Bir açıqlama verib.
O bildirib ki, Avropa Komissiyasının nümayəndələri uzun müddət istifadə olunmayan reklam kabinetinə daxil olaraq platformanın qaydalarını pozan material yerləşdiriblər.
"Bəyanatınızın ironiyası ondadır ki, siz qeyri-aktiv reklam hesabınıza daxil olub bizim "Ad Composer" alətindəki boşluqdan istifadə etmisiniz - istifadəçiləri aldadan, videonu təqlid edən link yerləşdirmisiniz və onun əhatə dairəsini süni şəkildə artırmısınız. Bildiyiniz kimi, "X" komandası hesab edir ki, hər kəs platformamızda bərabər hüquqlara malik olmalıdır. Lakin görünür ki, siz qaydaların hesabınıza şamil edilməməli olduğunu düşünürsünüz", - Bir Avropa Komissiyasının bəyanatını şərh edərkən yazıb.
Xatırladaq ki, dekabrın 5-də Avropa Komissiyası "X" sosial şəbəkəsini Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununa (RXQ) uyğun şəffaflığın təmin edilməsini pozduğuna görə 120 milyon avro məbləğində cərimələyib. Komissiya qərarını "təsdiqlənmiş hesablar üçün mavi işarənin istifadəsinin istifadəçiləri çaşdırması" ilə əsaslandırıb. RXQ əgər belə yoxlama aparılmayıbsa, onlayn platformalara istifadəçilərin yoxlanıldığı barədə yanlış məlumat verməyi qadağan edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 742 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir
İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr
16 oktyabrİran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib
İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs
16 oktyabrRusiya "Naftoqaz"ın obyektinə zərbə endirib
Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə
15 oktyabrABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabrİstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb
Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri
16 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabr