"Bloomberg": Aİ müdafiəyə əlavə vəsait ayırmağı planlaşdırır

"Bloomberg": Aİ müdafiəyə əlavə vəsait ayırmağı planlaşdırırAvropa İttifaqı (Aİ) 150 milyard avro məbləğində kreditin müddəti başa çatdıqdan sonra müdafiəyə əlavə maliyyələşdirmə cəlb etmək imkanlarını araşdırır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

"Müzakirələr erkən mərhələdədir. Nəzərə almaq lazımdır ki, Avropa Komissiyası (AK) vəsaitləri hələ cari kreditləşdirmə proqramı ilə müəyyənləşdirir", - materiаlda qeyd olunub.

Bildirilib ki, vəsaitlər bu yazda başa çatandan sonra AK prosesi qiymətləndirəcək və potensial olaraq ikinci kreditləşdirmə proqramını əhatə edən daha bir maliyyələşdirmə raundunun keçirilməsi imkanını nəzərdən keçirəcək.

"Bu danışıqlar Aİ-nin yerli müdafiə istehsalını sürətlə artırmaq istəyini, həmçinin ABŞ Prezidenti Donald Trampın Avropadakı təhlükəsizlik öhdəliklərini azaltmaq arzusunu əks etdirir", - materiаlda vurğulanıb.

Aİ səfirləri AK-nın təklif etdiyi SAFE kreditləşdirmə proqramını 21 may 2025-ci ildə razılaşdırıblar. 150 milyard avro dəyərində Aİ Fondu uzunmüddətli kreditlər vasitəsilə hərbi sənayeyə investisiyaları təmin etməyə yönəlib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 542   Tarix: 07 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər

ABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın Pentaqonda rəhbər vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təsdiqlənməsinə qarşı çıxmağa hazırdırlar. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən məlumat yayıb

22 noyabr
.

İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabı

İnsanların zehni və emosional imkanlarının ən yüksək səviyyəyə çatdığı dövrün 20-30 yaşlar olduğu barədə geniş yayılmış fikir elmi araşdırmada sual altına alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, insanın ümumi intellektual potensialı daha gec - 55-60 yaş aralığında zirvəyə çatır. Qaynarinfo xəbər veri

23 noyabr
.

ABŞ İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır? Trampın növbəti addımı gözlənilir

ABŞ və İran arasında davam edən müharibə fonunda Vaşinqtonun növbəti hərbi addımları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp administrasiyası Tehrana qarşı hərbi və iqtisadi təzyiqləri davam etdirir. Bununla yanaşı, regionda ABŞ qüvvələrinin təhlükəsizliy

24 noyabr
.

Rus diplomatlar Kiprdə casusluqda şübhəli bilinir

Kiprin xüsusi xidmətləri ölkənin və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı Rusiyanın maraqları naminə məxfi məlumat əldə etməyə çalışan bir şəbəkəni aşkar edib. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, şəbəkə üzvləri həmçinin Aİ sanksiyaları ilə Rusiyaya verilməsi qadağan edilmiş texnologiyala

23 noyabr
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Rusiya Kiyevə yeni hücumlara hazırlaşır

Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatlar davam edir. Rusiya ordusunun Ukraynanın müxtəlif şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var. Ukrayna Prezidenti Vladimir Zelenski isə kəşfiyyat məlumatlarının Rusiyanın yeni genişmiqyasl

24 noyabr
.

İstanbulda şir həyəcanı: Yırtıcının axtarışına başlanıldı

Türkiyənin İstanbul şəhərində küçələrdə şir göründüyü barədə məlumatlardan sonra yırtıcının axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Aykırı" nəşri məlumat yayıb. Məlumata görə, İstanbulun Sarıyer rayonunda şir müşahidə edilib. Bununla əlaqədar heyvanın tutulması üçün əməliyyat təşki

23 noyabr
.

Yerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər

Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb. Qaynarinfo xəbər verir ki

23 noyabr
.

Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb

Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur. Bu

22 noyabr
.

Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq öldü

ABŞ-nin Virciniya ştatının rəsmiləri azyaşlı uşağın qızılcadan ölümünü qeydə alıblar ki, bu da ştat üçün, demək olar, yarım əsrdə ilk belə haldır. xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsinin məlumatında deyilir. Yerli mətbuatın məlumatına görə, bu, 1978-ci ildən bəri ştatda insanın qızılcada

22 noyabr