Uzun yaşamağın sirri idman zalında deyil, qanda gizlənib?
Uzun və sağlam həyatın sirrini axtaranlar üçün elm dünyasından maraqlı bir xəbər gəlib. Uzun müddət insanlar müntəzəm idman, ciddi diyetalar və zərərli vərdişlərdən uzaq durmağın ömrü uzadan əsas amillər olduğunu eşidirdilər. Lakin Kopenhagen Universiteti tərəfindən aparılan yeni araşdırma göstərir ki, yaşam müddəti əslində böyük ölçüdə genlərimizdə yazılıb.
Qaynarinfo xəbər verir ki, əvvəlki tədqiqatlar genlərin ömür üzərində təsirini yalnız 10-30 faiz aralığında qiymətləndirirdi. Qalan böyük hissənin qidalanma, qəzalar və xəstəliklər kimi ətraf mühit faktorlarına bağlı olduğu düşünülürdü. Yeni məlumatlar isə bu nisbəti əsaslı şəkildə dəyişdirərək genlərin payını 55 faiz səviyyəsinə çıxarır.
Araşdırmanın müəllifləri Daniela Bakula və Morten Şkeybye-Knudsen bildirirlər ki, bu nəticə olduqca kritik əhəmiyyət daşıyır. Əgər yaşam müddəti əsasən genetik olaraq əvvəlcədən müəyyənləşibsə, həyat tərzinə yönəlmiş müdaxilələrin yaşlanma sürətinə təsiri gözlənildiyindən daha məhdud olur. Digər tərəfdən, genetik faktorun bu qədər dominant rolu yaşlanma prosesini genetik yanaşmalarla öyrənməyə çalışan elmi səyləri daha əhəmiyyətli edir.
İngiltərə kimi ölkələrdə son bir neçə əsrdə orta ömür sabit şəkildə artıb. Lakin "sağlam ömür gözləntisi" göstəricilərinə baxıldığında, kişilər üçün bu müddətin təxminən 61,5, qadınlar üçün isə 61,9 il olduğu görünür. Kopenhagen qrupu insanların niyə bəzilərinin digərlərindən daha uzun yaşadığını anlamaq üçün keçmişdəki səhv məlumatları təmizləyib. Əvvəlki tədqiqatların səhiyyə xidmətlərinin yetərsiz olduğu və epidemiya xəstəliklərin yayıldığı dövrlərə aid keyfiyyətsiz məlumatlardan istifadə etdiyini müəyyən edən araşdırmaçılar bu dəfə əkizlər üzərində fokuslanmış çalışmalara üstünlük veriblər. Qəzalar və yoluxucu xəstəliklər kimi xarici faktorlardan yaranan ölüm halları azaldıqda, genlərin ömür üzərindəki müəyyənləşdirici rolu daha aydın şəkildə üzə çıxıb.
Ekspertlər bildirirlər ki, bu yeni nəticələr idrak funksiyaları və metabolizma sürəti kimi digər mürəkkəb xüsusiyyətlərin də təxminən 50 faizinin irsi olma prinsipi ilə tam uyğundur. Araşdırmaçılar insanın yaşlanma sürətinin təkamül prosesində diqqətlə optimallaşdırılmış ola biləcəyini düşünürlər. Bu isə uzun ömürlə əlaqəli genetik variantları və yaşlanmanı tənzimləyən bioloji yolları öyrənməyin vacibliyini bir daha təsdiqləyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabrSəsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf
Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm
8 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabr