Yeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemin göstəricisi də ola bilər. Bu baxımdan, şişkinliyin nə zaman normal hesab edildiyini, nə zaman isə tibbi müayinəyə ehtiyac olduğunu bilmək vacibdir.
Bəs, yeməkdən sonra qarında şişkinliyin əsas səbəbləri nələrdir, bu hal nə zaman normal həzm prosesi, nə zaman isə hər hansı xəstəliyin əlaməti hesab oluna bilər və şişkinlik tez-tez təkrarlanırsa, insan hansı hallarda həkimə müraciət etməli, gündəlik qidalanmasında nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, həzmin pozulması ilə müşayiət olunan çoxsaylı xəstəliklər var.
"Bunlar mədə, qaraciyər, mədəaltı vəzi və bağırsaqların ayrı-ayrı xəstəlikləri ola bilər. Xroniki hepatit, qaraciyərin piylənməsi, pankreatit, bağırsaqların iltihabi xəstəlikləri, Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit və digər çoxsaylı xəstəliklər həzm pozğunluğuna səbəb ola bilər. Hər bir konkret vəziyyətdə səbəb müayinə və araşdırma nəticəsində müəyyən edilməli və buna uyğun müalicə aparılmalıdır. Həzm adekvat deyilsə, ilk növbədə hər hansı orqanda xəstəliyin olub-olmamasına, eləcə də bütövlükdə həzm sisteminin hərəkət istiqamətinə diqqət edilməlidir".
Ekspert bildirib ki, bəzən mədə-bağırsaq sistemində reflükslər, yəni qidanın geriyə atılması baş verir:
"Sfinkter çatışmazlığı da buna səbəb ola bilər. Mədə ilə qida borusunu və onikibarmaq bağırsağı ayıran sfinkterlər qidanın müəyyən müddət ərzində saxlanmasına və hissə-hissə təxliyə olunmasına şərait yaradır. Həzm pozğunluğu həmçinin həzm sisteminin motor və hərəki funksiyasının, qaraciyərin və mədəaltı vəzinin fermentativ funksiyasının pozulması ilə əlaqəli ola bilər. Bundan başqa, bağırsaqlarda iltihab prosesləri, bəzi bağırsaq infeksiyaları, hətta bağırsaq vərəmi də bu vəziyyətə səbəb ola bilər. Ona görə də həzm pozğunluğunun səbəbini yalnız bir konkret epizoda əsasən müəyyənləşdirmək çətindir. Səbəb mütləq araşdırılmalı və nəticəyə uyğun müalicə aparılmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 523 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı
Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə
27 sentyabrPula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Orqan donorluğu həyati əhəmiyyət daşıyan tibbi prosedur olsa da, donor üçün də müəyyən sağlamlıq riskləri yarada bilər. Əməliyyatın özü, bərpa dövrü və orqan funksiyasındakı dəyişikliklər donorun sağlamlıq vəziyyətindən və hansı orqanın bağışlanmasından asılı olaraq müxtəlif fəsadlara səbəb ola bilər
25 sentyabrÜzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?
Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə
24 sentyabrQan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı
Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ
29 sentyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrXərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,
4 oktyabrGələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"
20 sentyabrQan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir
"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlər
27 sentyabr