Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı

Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdıİngiltərədə azalan peyvəndləmə səviyyəsi səbəbindən başda qızılca olmaqla, göyöskürək, uşaq iflici və difteriya kimi uzun müddətdir nəzarət altında saxlanılan yoluxucu xəstəliklərin yenidən yayılma riski artıb.

Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2026-cı ilin yanvar ayında İngiltərənin qızılcanı eliminasiya etmiş ölkə statusunu geri götürüb.

Epidemiya riski niyə artdı?

"The Telegraph" qəzetinin məlumatına görə, 2025-ci ildə İngiltərə və Uelsdə 3 min 268 qızılca hadisəsi və iki ölüm qeydə alınıb. Bu göstərici 2024-cü ildə qeydə alınan 11 min 162 yoluxma artımından sonra açıqlanıb.

Mütəxəssislər bildirirlər ki, qızılcaya qarşı tələb olunan 95 faizlik immunizasiya səviyyəsindən aşağı düşülməsi epidemiya riskini artırır. İngiltərədə beş yaşadək uşaqlar arasında iki doza qızılca, kabakulak və məxmərək (MMR) peyvəndi alanların payı 83,7 faizdə qalıb. Bu, son on ilin ən aşağı göstəricisi kimi qeydə alınıb.

"Gələcəkdə təkrarlanan epidemiya dalğaları görə bilərik"

"Oxford Vaccine Group"un direktoru professor ser Endryu Pollard qızılcanın son dərəcə yoluxucu olduğunu vurğulayaraq deyib: "Peyvəndləmə səviyyəsi azalmağa davam edərsə, gələcəkdə təkrarlanan epidemiya dalğaları görə bilərik".

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına əsasən, qızılcaya yoluxmuş bir nəfər orta hesabla 15 nəfərə virus ötürə bilir. Halların beşdə biri xəstəxanaya yerləşdirilməni tələb edir, hər 1000-2000 yoluxmadan birində isə beyin iltihabı inkişaf edə bilər.

Göyöskürək və uşaq iflici ilə bağlı xəbərdarlıq

Mütəxəssislər qızılcadakı artımın göyöskürək və uşaq iflici kimi digər peyvəndlə qarşısı alına bilən xəstəliklər üçün də risk yaratdığını bildirirlər.

2025-ci ilin ilk yarısında laborator təsdiqli 502 göyöskürək hadisəsi aşkarlanıb və bir uşaq həyatını itirib. İngiltərədə beş yaşadək göyöskürək peyvəndini tamamlayan uşaqların payı 82,7 faiz təşkil edib. Hamilə qadınlar arasında peyvəndləmə səviyyəsi isə 72,6 faiz olub.

Xəbərə görə, İngiltərədə uşaq iflici sonuncu dəfə 1984-cü ildə qeydə alınıb, Avropada isə 2003-cü ildə sona çatıb. Lakin 2022-ci ildən etibarən İngiltərədə tullantı sularda poliovirus izlərinə rast gəlinir.

Mütəxəssislər aşağı peyvənd göstəricilərinin virusun yenidən yayılma riskini artırdığını vurğulayırlar. Ölkə üzrə uşaq iflicinə qarşı iki doza peyvənd alan uşaqların payı 82,7 faizdir, bəzi bölgələrdə isə bu göstərici 60 faizə qədər enib.

Difteriya hallarında artım

1940-cı illərdə on minlərlə yoluxmaya və minlərlə ölümə səbəb olan difteriya kütləvi peyvəndləmə sayəsində böyük ölçüdə nəzarət altına alınmışdı. Lakin son on ildə illik yoluxma sayının iki ilə 10 arasında dəyişdiyi bildirilir. 2025-ci ildə iki difteriya hadisəsi qeydə alınıb.

"London Hygiene and Tropical Medicine School"dan doktor Ben Kasstan-Dabush peyvənd əleyhinə çağırışların və artan sosial bərabərsizliklərin peyvəndləmə səviyyəsinə mənfi təsir göstərdiyini bildirib. Mütəxəssislər səhiyyə xidmətlərinə çıxışdakı çətinliklərin və pandemiyadan sonra artan tərəddüdlərin də bu prosesə təsir etdiyini qeyd edirlər.

"The Telegraph"ın yazdığına görə, səlahiyyətlilər cəmiyyət üzrə peyvəndləmə səviyyəsinin artırılmasına və yarımçıq qalan peyvəndlərin tamamlanmasına çağıraraq xəbərdarlıq ediblər: "Peyvəndlə qarşısı alına bilən xəstəliklərin geri dönməsini istəmirik".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 770   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Yeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ

Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi

5 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr