Göbələyin kişiləri xərçəngdən necə qoruya biləcəyi AÇIQLANDI
Həkimlər kişilərə həftədə ən azı bir neçə dəfə göbələyi qida rasionuna daxil etməyi tövsiyə edirlər. Araşdırmalar göstərir ki, bu vərdiş xərçəng riskinin azalmasına kömək edə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, göbələklər kişilərdə xərçəng hüceyrələrinin yaranmasına qarşı qoruyucu təsir göstərə bilər.
Göbələklərin dadı hər kəsin xoşuna gəlməsə də, bu məhsul ümumi sağlamlığa əhəmiyyətli təsir göstərən dəyərli xüsusiyyətlərə malikdir. Alimlər kişilərdə prostat vəzi xərçəngi ilə göbələk istehlakı arasındakı əlaqəni araşdırmaq məqsədilə genişmiqyaslı tədqiqat aparıblar.
Araşdırmaya yaşı 37-dən yuxarı olan 36 499 nəfər cəlb edilib. Tədqiqat zamanı iştirakçıların qidalanma rejimi, zərərli vərdişləri, fiziki aktivliyi və sağlamlıq vəziyyəti nəzərə alınıb. Araşdırma müddətində iştirakçıların 3,3 faizi prostat xərçənginə tutulub.
Məlum olub ki, həftədə 1 və ya 2 dəfə göbələk yeyən kişilərdə prostat xərçənginə tutulma riski, göbələyi daha az istehlak edənlərlə müqayisədə 8 faiz aşağı olub. Həftədə üç dəfə göbələk yeyən şəxslərdə isə bu risk 17 faiz azalıb.
Mütəxəssislər bu müsbət təsirin göbələklərin tərkibində olan L-erqotionein adlı antioksidantla əlaqəli ola biləcəyini ehtimal edirlər. Bununla belə, doktor Şu Tsyan vurğulayıb ki, sağlamlıq üçün yalnız müəyyən məhsulları rasiona intuitiv şəkildə əlavə etmək yox, ümumilikdə qidalanma vərdişlərinə diqqət yetirmək daha vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrSağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
7 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrİnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
5 oktyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabr