Qarşıdakı 10 il üçün Azərbaycan iqtisadiyyatının əsas riskləri və imkanları nələrdir? - AÇIQLAMA

Qarşıdakı 10 il üçün Azərbaycan iqtisadiyyatının əsas riskləri və imkanları nələrdir? - AÇIQLAMAQlobal iqtisadi sistem sürətlə dəyişir: enerji bazarlarında transformasiya gedir, geosiyasi gərginliklər yeni iqtisadi xəritələr formalaşdırır, regionda isə kommunikasiya və logistika marşrutları yenidən qurulur. Bu proseslər fonunda Azərbaycan iqtisadiyyatı həm daxili struktur çağırışlarla, həm də xarici təsirlərlə üz-üzədir.

Mövcud modelin dayanıqlılığı, şaxələndirmə səviyyəsi, enerji keçidinə uyğunlaşma və regional əməkdaşlıq perspektivləri qarşıdakı dövr üçün həlledici amillər kimi qiymətləndirilir.

Bəs görəsən belə bir şəraitdə qarşıdakı 10 il üçün Azərbaycan iqtisadiyyatının əsas riskləri və imkanları nələrdir?

İqtisadçı Xalid Kərimli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan iqtisadiyyatı üçün əsas strateji dayaqlar neft və qazdır. Bu resurslar ölkəyə illərlə ciddi gəlir gətirib, makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynayıb. Lakin iqtisadiyyatın böyük ölçüdə bir sahədən asılı qalması struktur riski yaradır. Neft qiymətlərinin qlobal bazarda kəskin enməsi birbaşa büdcə gəlirlərinə, valyuta axınına və ümumi iqtisadi dinamika­ya təsir göstərə bilər. Problemin kökündə isə qeyri-neft sektorunun hələ də arzu olunan sürətlə və keyfiyyətdə inkişaf etməməsi dayanır.

İkinci mühüm risk qlobal enerji transformasiyası ilə bağlıdır. Dünyada ənənəvi yanacaq növlərinə tələbatın uzunmüddətli perspektivdə azalması ehtimalı realdır. 2022-ci ildə qaz ixracının genişləndirilməsi ilə bağlı Avropa ilə imzalanmış memorandum buna nümunədir. Həmin dövrdə qaz kəmərinin genişləndirilməsi məsələsi gündəmə gəlsə də, Avropa tərəfi prioriteti alternativ və təmiz enerji layihələrinə verdiyini bildirdi. Fosil yanacaqlara investisiya marağının azalması nəticəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesi gözlənilən sürətlə irəliləmədi. Bu isə uzunmüddətli perspektivdə ənənəvi enerji ixracına əsaslanan model üçün əlavə risk formalaşdırır.

Üçüncü risk institusional xarakter daşıyır. Dövlətin iqtisadiyyatda dominant mövqeyi hələ də qalmaqdadır. Dövlət şirkətlərinin yüksək payı və geniş təsir imkanları rəqabət mühitini zəiflədir, özəl sektorun inkişaf tempini məhdudlaşdırır və innovasiya təşəbbüslərini ləngidir. Dayanıqlı iqtisadi artım üçün rəqabət mühitinin gücləndirilməsi və özəl təşəbbüslərin stimullaşdırılması əsas şərtlərdən biridir.

Regional və geosiyasi amillər də risk faktorları sırasında yer alır. Hazırda müəyyən qədər kövrək sabitlik mövcud olsa da, Ermənistanla yekun sülh sazişinin imzalanması, kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin reallaşması kimi məsələlər hələ tam həllini tapmayıb. Bu proseslərin necə inkişaf edəcəyi iqtisadi perspektivlərə birbaşa təsir göstərəcək. Eyni zamanda, regionda böyük güclərin, xüsusilə, Rusiyanın davranış modeli də qeyri-müəyyənlik yaradır.

Digər mühüm risk əmək bazarı ilə bağlıdır. Regionlarda iş yerlərinin məhdudluğu, iqtisadi aktivliyin əsasən paytaxt və ətrafında cəmləşməsi sosial-iqtisadi balanssızlıq yaradır. İnsan kapitalının səmərəli istifadəsi və regionların iqtisadi canlandırılması uzunmüddətli inkişaf üçün vacibdir.

Bununla yanaşı, mövcud imkanlar kifayət qədər genişdir. Zəngəzur dəhlizi, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları Azərbaycanın tranzit və logistika potensialını əhəmiyyətli dərəcədə artıra bilər. Bu layihələrin tam reallaşması ölkənin strateji əhəmiyyətini gücləndirə, tranzit gəlirlərini artıra və iqtisadiyyata yeni dinamika gətirə bilər.

Sənaye sahəsində də böyük potensial mövcuddur. Qeyri-neft sənayesinin, xüsusilə neft-kimya, tikinti materialları, yüngül sənaye və mebel istehsalının inkişafı həm daxili bazarın təminatı, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə texnologiya transferi, innovasiya və ixracyönümlü istehsal modellərinin təşviqi mühüm rol oynaya bilər.

Yaşıl enerji isə strateji fürsət kimi ön plana çıxır. Günəş və külək enerjisi potensialı kifayət qədər yüksəkdir. Bu sahədə investisiyaların artırılması həm daxili enerji tələbatının qarşılanmasına, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkan yarada bilər. Qlobal enerji keçidi fonunda məhz bu istiqamət Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyi üçün alternativ dayaq nöqtəsinə çevrilə bilər.

Nəticə etibarilə, Azərbaycan iqtisadiyyatı həm ciddi risklərlə, həm də əhəmiyyətli imkanlarla üz-üzədir. Əsas məsələ mövcud resurslardan səmərəli istifadə etmək, struktur islahatlarını sürətləndirmək və iqtisadi modeli daha şaxəli və rəqabətədavamlı formaya gətirməkdir. Dayanıqlı inkişaf yalnız balanslı və uzaqgörən iqtisadi siyasət nəticəsində mümkün olacaq".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1235   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

Ölkədən nə qədər mis məmulatları ixrac edilib?

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr