Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sonxeber.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.
"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Nazirlər Kabineti və Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib
Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 425,5 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % azdır. İyunun 1-nə ölkədə 99 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 45,8 % çoxdur
20 iyunErmənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü
29 mayQarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb". xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AII
25 iyunAzərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 23,25 milyon ABŞ dolları dəyərində 10 min 460 ton pambıq iplik ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,35 milyon ABŞ dolları (2,3 dəfə), həcm baxımından isə
27 iyunBTQ dəmir yolunun rəsmi açılışı olacaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək. xəbər verir ki, mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək. Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimind
28 mayNaxçıvanda yüksək vəzifəyə təyinat
Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti bununla bağlı sərəncam verib. Qeyd edək ki, M.Əkbərov bundan əvvəl muxtar respublika Maliyyə Nazirliyini
5 avqustRuslan Quliyev dəfn olundu
Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar
9 iyunAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu
30 may