Kreditin müəyyən müddətlik "dondurulması" mümkündür? - AÇIQLAMA
Kredit öhdəliklərinin yerinə yetirilməsi hər bir vətəndaş üçün önəmli məsələdir. Lakin bəzən şəxsi və ya kütləvi səbəblərdən bu öhdəliklər icra olunmaya bilər.
Dünya təcrübəsində belə hallarda kreditlərin dondurulması və ya tətillərin verilməsi praktikası mövcuddur.
Bəs görəsən bu mexanizmlər Azərbaycanda da tətbiq edilirmi?
İqtisadçı Rəşad Həsənov bu barədə Sonxeber.az -a açıqlama verib:
"Kredit öhdəliklərinin dondurulması və ya kredit tətillərinin verilməsi həm dünya, həm də Azərbaycan təcrübəsində mövcuddur. Bu halları müxtəlif aspektlərdən nəzərdən keçirmək mümkündür və onları əsasən iki qrupa ayırmaq olar.
Birinci qrup kütləvi şəkildə kredit qaytarma qabiliyyətinə mənfi təsir göstərən hallardır. Qanunvericilikdə də bu vəziyyətlər öz əksini tapır. Buraya təbii fəlakətlər, epidemiyalar, pandemiyalar və iqtisadi böhran dövrləri daxildir. Belə hallarda çoxsaylı kredit alanların öhdəliklərini vaxtında yerinə yetirməsi çətinləşir.
İkinci qrup isə fərdi vəziyyətlərlə bağlıdır. Məsələn, şəxs muzdlu əmək müqaviləsi ilə çalışır, gəlirini təqdim edərək kredit götürür, lakin sonradan ixtisara düşür və ya işdən çıxarılır. Nəticədə kreditini ödəmək imkanını itirir.
Azərbaycanda kreditlərin dondurulması və ya tətillərin verilməsi məsələsi xüsusilə pandemiya dövründə aktuallaşıb. Banklar da fəaliyyətləri çərçivəsində fərdi hallara uyğun müvafiq qərarlar qəbul edirlər. Bu proses bir neçə formada reallaşa bilər: bəzən banklar əsas borcun ödənilməsində müəyyən güzəştli dövr: 3-6 ay, bəzən 1 il - tanıyırlar. Bu dövr ərzində bəzən yalnız faiz ödənilir, bəzən isə heç faiz də ödənilmir və ödəniş tam dayandırılır.
Bəzi hallarda həm kredit tətilləri verilir, həm də vəziyyəti idarə etmək məqsədilə kredit resürprizasiyası tətbiq olunur: aylıq ödəniş daha uzun müddətə bölünərək optimallaşdırılır. Bu proses Azərbaycan qanunvericiliyində Mülki Məcəllə, "Banklar haqqında" Qanun, Mərkəzi Bankın qaydaları və digər normativ aktlarla tənzimlənir.
Ümumiləşdirsək, kredit borclarının dondurulması və tətillərin verilməsi Azərbaycan qanunvericiliyində mümkündür və bu, təbii olaraq öhdəliyin yerinə yetirilməməsi hallarına cavab olaraq ortaya çıxan bir mexanizmdir. Əgər borcalanın bütün resursları tükənibsə - girov və zamin yoxdur, aylıq gəlir yetərsizdirsə - bu zaman alternativ yollar, o cümlədən kredit tətillərinə müraciət etmək zəruridir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA
Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların
6 may 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA
Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa
19 may 2021Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021Toylar necə keçiriləcək? - AÇIQLAMA
Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl
26 may 2021Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın
8 sentyabr 2021İdxal və ixrac olunan məhsullar AÇIQLANDI
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə
24 iyul 2021