Futbolun yeni oyun qaydaları təsdiqlənib
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolun oyun qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeniliklər oyunun tempini artırmaq və vaxt itkisini minimuma endirmək məqsədi daşıyır. Dəyişikliklər 2026-cı il dünya çempionatı da daxil olmaqla bütün rəsmi turnirlərdə tətbiq olunacaq.
Yeni qaydalara əsasən, aut və qapı zərbələri üçün 5 saniyəlik geri sayım tətbiq ediləcək. Müddət aşılarsa, aut atışı rəqib komandaya veriləcək, gecikdirilən qapı zərbəsi isə künc zərbəsi ilə nəticələnəcək.
Oyunçu dəyişiklikləri ilə bağlı da yenilik var. Dəyişdirilən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Əks halda, meydana daxil olan oyunçu 1 dəqiqə gözləməli olacaq.
Zədə alan futbolçuya tibbi yardım göstərildikdən sonra o, ən azı 1 dəqiqə meydandan kənarda qalacaq. Bu müddət oyunun axar vaxtı ilə hesablanacaq.
VAR sisteminin tətbiq dairəsi genişləndirilib. Bundan sonra səhv verilmiş ikinci sarı vərəqə nəticəsində göstərilən qırmızı vərəqə, yanlış futbolçuya verilən kart və açıq-aşkar səhv təyin edilmiş künc zərbələri də videoköməkçi hakim tərəfindən nəzərdən keçirilə biləcək.
Bundan başqa, qapıçıların vaxt uzatmağa yönəlmiş taktiki zədələnmələri ilə bağlı sınaq mexanizmi tətbiq olunacaq.
2026/2027 mövsümündən qüvvəyə minəcək əlavə dəyişikliklərə əsasən, yoxlama oyunlarında 8 (razılaşma ilə 11-ə qədər) oyunçu dəyişikliyinə icazə veriləcək, təhlükəsiz şəkildə örtülmüş avadanlıqlardan istifadəyə şərait yaradılacaq, təşkilatçı qurumların istəyi ilə hakimlər üçün bədən kamerasının tətbiqi mümkün olacaq.
Həmçinin hava atışı zamanı topun əvvəlki mövqeyini itirməyən komandaya verilməsi dəqiqləşdirilib, penalti zərbəsi zamanı "ikiqat toxunuş"la bağlı müddəa qaydalara əlavə edilib. Əgər üstünlük tətbiq edildikdən sonra qol vurularsa, açıq qol imkanını pozan oyunçuya əlavə intizam cəzası verilməyəcək. Yarı avtomatik ofsayd texnologiyası və ofsaydla bağlı sınaqların davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, dəyişikliklər IFAB-ın rəsmi qərarı əsasında qəbul olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Süni intellekt indi də oğurluq etdi
Qızıl bazarında son vəziyyət
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
"WhatsApp"a iki yeni funksiya gəlir
"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video