Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)

Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)Cins şalvarlar uzun müddətdir qadın qarderobunun əsas hissəsinə çevrilib. Onları gündəlikdən daha zərif üsluba qədər müxtəlif tərzlərə uyğunlaşdırmaq asandır. Bununla belə, moda elementləri zamanla dəyişir: yeni siluetlər, çalarlar və detallər yaranır. 2026-cı ildə diqqət yalnız fasona deyil, həm də oturuşa, denim parçasının sıxlığına, uzunluğa və dekorativ elementlərə yönəlib. Düzgün seçilmiş model qarderobu tam dəyişmədən görünüşü yeniləyə bilər.

Qaynarinfo hazırda hansı cinslərin dəbdə olduğunu və yaz mövsümünün trendlərini təqdim edir.

2026-cı ilin dəbli cinsləri - Ən dəbli modellər

Yeni mövsümdə dizaynerlər cinslərin siluetinə xüsusi diqqət yetirir. Çünki geyimin ümumi ahəngi məhz kəsimdən asılıdır.

Rahatlıqla ifadəli dizaynı birləşdirən modellər getdikcə daha populyar olur. Sərbəst kəsim, düzgün oturuş və balanslı proporsiyalar bu cinsləri həm gündəlik, həm də daha rəsmi şəhər obrazlarına uyğun edir.

Sərbəst cinslər (baggy)

Hazırda əsas trendlərdən biri həcmli baggy cinslərdir. Onlar rahatlığı və universallığı ilə seçilir.

Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)Əsas xüsusiyyətlər:
* aşağı doğru yüngül daralan sərbəst siluet
* sıx denim parça
* orta və ya yüksək bel

Bu model bədən proporsiyalarını balanslaşdırır, bud nahiyəsindəki artıq həcmi gizlədir və müxtəlif ayaqqabılarla uyğunlaşır.

Düz kəsimli cinslər

Sadə modellər də aktuallığını qoruyur. Düz kəsim ən geniş yayılmış variantlardan biridir.

Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)Üstünlükləri:
* buddan topuğa qədər düz xətt
* əksər bədən tiplərinə uyğunluq
* baza geyimlərlə asan kombinasiya

Bu il kolleksiyalarda əsasən tünd mavi, qrafit, qara və tünd qəhvəyi rənglər üstünlük təşkil edir.

Kloş cinslər

Kloş modellər yenidən modaya qayıdır, lakin daha müasir formada.
Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)Xüsusiyyətləri:
* dizdən aşağı genişlənmə
* yüksək bel
* bud nahiyəsində səliqəli oturuş

Bu fason ayaqları vizual olaraq uzadır və silueti daha incə göstərir.

2026-cı ilin dəbli cinsləri - Qadın və uniseks modellər

Fasondan əlavə, rəng və detallər də böyük rol oynayır. Hətta tanış model fərqli çalar və tekstura ilə yeni təsir bağışlaya bilər.

Qəhvəyi və qum rəngli cinslər

Klassik mavi ilə yanaşı, isti təbii tonlar populyarlıq qazanır.
Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)Trend rənglər:
* şokolad
* karamel
* qum

Bu çalarlar obrazı daha yumşaq və isti göstərir.

Dekorativ elementli cinslər

Dekor yenidən dəbə qayıdır, lakin daha minimal formada.
Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)Populyar variantlar:
* kiçik straz və metal elementlər
* incə tikmə
* dekorativ tikişlər

Əsas qayda - ölçülülükdür.

Retro effektli denim

Yüngül köhnəlmiş effektli cinslər mikro-trend olaraq qalır.
Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)Xüsusiyyətlər:
* iri cırıq olmayan yüngül aşınmalar
* müxtəlif denim çalarları
* minimalistik geyimlə kombinasiya

Bu stil gündəlik və şəhər obrazları üçün uyğundur.

Qatlanmış paçalı cinslər

Geniş qatlanmış paçalar obrazı daha ifadəli edir.

Bu cins şalvarlar yazın sonuna doğru hər yerdə olacaq: Mövsümün ən dəbli modelləri (FOTO)Onlar:
* şalvarın uzunluğunu tənzimləyir
* siluetə dinamika qatır

Ən çox düz və ya geniş modellərdə istifadə olunur və müxtəlif ayaqqabılarla uyğunlaşır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 635   Tarix: 20 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

20 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

20 sentyabr