Gecələr kafe və mağazalar olmayacaq: Turizm ölkəsi sərt məhdudiyyətlər tətbiq edir
İranda müharibə fonunda Misir hökuməti işıqlandırılmış reklam lövhələrinin söndürülməsi və küçə işıqlandırmasının minimuma endirilməsi qərarını verib.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, Misir elektrik enerjisi istehlakını məhdudlaşdırmaq üçün mağazalar və kafelərin daha tez bağlanmasını tələb edəcək. Buna səbəb Fars körfəzindəki müharibə nəticəsində yaranan yanacaq qıtlığı və qiymət artımıdır.
Baş nazir Mostafa Mədbuli bildirib ki, 28 martdan etibarən ticarət mərkəzləri, iaşə obyektləri və pərakəndə satış mağazaları iş günləri saat 21:00-da bağlanmalıdır.
Həftə sonları isə onlar saat 22:00-da bağlanmalıdır ki, bu da ölkədə gec saatlara qədər alış-veriş və yemək vərdişinə malik əhali üçün erkən sayılır.
Digər qənaət tədbirləri arasında işıqlı reklam lövhələrinin söndürülməsi və küçə işıqlandırmasının minimuma endirilməsi də var. Bir çox dövlət binaları da saat 18:00-dək fəaliyyətini dayandıracaq.
Hökumət həm dövlət, həm də özəl sektorda həftədə bir və ya iki gün evdən işləmə rejiminin tətbiqini də nəzərdən keçirir.
Bu addımlar Yaxın Şərqdəki yeni münaqişənin Misir üçün yaratdığı çətinlikləri göstərir. Ölkə elektrik enerjisi istehsalı üçün təbii qaz idxalından ciddi şəkildə asılıdır.
Mostafa Mədbulinin sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından əvvəl ölkənin aylıq qaz idxalı xərcləri təxminən 560 milyon dollar təşkil edirdi.
Hazırda isə Fars körfəzindəki qeyri-sabitlik səbəbindən neft və qazın qlobal qiymətlərinin artması nəticəsində bu rəqəm təxminən 1,65 milyard dollara yüksəlib.
"Biz mərhələli şəkildə hərəkət etməyə çalışırıq", deyə baş nazir bildirib. O, enerji istehlakının məhdudlaşdırılmasının yanacaq qiymətlərini yenidən artırmaqdan daha doğru seçim olduğunu qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 779 Tarix: 20 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnsan heç vaxt işıq sürəti ilə uça bilməyəcək: Fizika buna imkan vermir
İşıq sürətinə çatmaq elmi fantastikanın ən qədim arzularından biridir, lakin fizika bu məqsədə çatmağa heç bir imkan vermir. Qaynarinfo "SpaceDaily" nəşrinə istinadən xəbər verir ki, işıq sürəti ilə hərəkət etmək təkcə kütləsi olan hər hansı obyekt üçün çətin deyil, bu, ümumiyyətlə mümkün deyi
4 avqustŞimali Koreya Rusiyada 120 ballistik raket yerləşdirir
Şimali Koreyanın raket bölməsi Rusiyanın qərbində yerləşdirilir və Ukraynaya zərbə endirmək üçün 120 ballistik raket və altı buraxılış qurğusu ala bilər. xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Çernyak bildirib. Eyni zamanda, Ukraynada effektiv hava hücumundan müdafiə sistemlərini
5 avqust"SpaceX" raketi Aya çırpıldı
Təxminən bir ildən çoxdur orbitdə nəzarətsiz hərəkət edən "SpaceX Falcon 9" raketinin ikinci mərhələsi, proqnozlaşdırıldığı kimi, Ay səthinə çırpılıb. "Qafqazinfo"nun xəbərinə görə, toqquşma təxminən saatda 8 700 kilometr sürətlə baş versə də, hadisə birbaşa müşahidə olunmayıb. Laki
6 avqustAB Ukraynadan olan qaçqınların statusu ilə bağlı yeni plan hazırlayır
Avropa Birliyi Ukraynadan gələn milyonlarla qaçqının gələcək hüquqi statusu ilə bağlı yeni mexanizmlər üzərində işləyir. The Guardian-a istinadən xəbər verir ki, məqsəd müharibənin uzanması fonunda müvəqqəti müdafiə rejiminin gələcək taleyini müəyyənləşdirmək və üzv ölkələr arasında vahid yanaşma formalaşdırmaqdır
4 avqustNigeriya təhlükəsizlik qüvvələri 308 qaçırılmış şəxsi xilas edib
Nigeriya təhlükəsizlik qüvvələri şimal Niger və Kvara əyalətlərində baş verən ayrı-ayrı hücumlarda qaçırılan 308 nəfəri xilas edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Prezident Bola Tinubu əməliyyatı təhlükəsizlik qüvvələri tərəfindən bir gündə həyata keçirilən ə
6 avqustEfesdə 1000 ildən çox gizli qalan körpə məzarı tapıldı - Sirri nədir?
Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Arxeologiya İnstitutunun tədqiqatçıları qədim Efes şəhərində, dünyanın yeddi möcüzəsindən biri hesab edilən Artemida məbədinin yaxınlığında diqqətçəkən arxeoloji tapıntıya imza atıblar. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Childhood i
4 avqustİyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd
3 avqustQara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib. bu barədə İHA agentliyinə istinadən xəbər verir. Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib. Hadisə nəticəsində üçü Türkiyə vətəndaş
3 avqustEuronews: "Şimali Koreya Yaponiyanı hərbiləşməsinə görə hədələdi"
Şimali Koreya Yaponiyanın müdafiə qabiliyyətini gücləndirməsi və hərbi büdcəsini artırması fonunda sərt bəyanat yayıb. Pxenyan bildirib ki, Tokio bu siyasəti davam etdirərsə, buna qarşı "hərbi variantlar" da daxil olmaqla müxtəlif tədbirlər nəzərdən keçiriləcək. Euronews-a istinadən xəbər veri
5 avqust