45 yaşlı aktyor evində ölü tapıldı
Cənubi koreyalı aktyor Li Sanq-bo dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, narkotik ittihamlarından bəraət aldıqdan sonra ekrana qayıdan 45 yaşlı aktyor evində ölü tapılıb.
Onun meyiti ailə üzvlərindən biri tərəfindən evdə aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisədə zorakılıq əlamətlərinin olmadığını və ölümün dəqiq səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, Sanq-bo 2006-cı ildə "The Invisible Man Choi Jang-soo" serialı ilə debüt edib. O, daha sonra "Man Who Dies to Live" və "Miss Monte-Cristo" kimi layihələrdə rol alıb.
Aktyor 2022-ci ilin sentyabrında narkotikdən istifadə iddiaları ilə gündəmə gəlmişdi. Lakin məlum olub ki, o, depressiyadan müalicə məqsədi ilə dərmanlar qəbul edib. Belə ki, o, 2009-cu ildə valideynlərini və böyük bacısını itirdiyi qəzadan sonra depressiyaya düşüb və tək yaşayıb.
Bəraət almasına baxmayaraq, bu qalmaqal onun karyerasına mənfi təsir göstərməyə davam edib. İki illik fasilədən sonra aktyor "The Elegant Empire" ilə yenidən ekrana qayıtmışdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 322 Tarix: 29 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ hərbçilərinin bir hissəsini Polşaya köçürməyə başlayıb
Amerika Birləşmiş Ştatları Texas ştatındakı "Fort Hood" hərbi bazasında yerləşən 1-ci Süvari Diviziyasının hissələrini Polşa ərazisinə köçürməyə başlayıb. xəbər verir ki, müvafiq məlumatı Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetski "X" platformasındakı hesabınd
17 mayKİV: Kuba ABŞ-nin mümkün hücumuna hazırlaşır
Kuba rəhbərliyi ABŞ tərəfindən ehtimal olunan hərbi müdaxilə qorxusu fonunda ölkənin müdafiə qabiliyyətini artırır. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Mənbələrin verdiyi məlumata görə, sakinlər hərbi təlimlərə cəlb olunur və mümkün hücum halında partizan müharibəsinə hazırlıq görürlər. Mülk
17 mayQalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur. "Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb. "Dünya yeni nizamın astanasındadır. Sədr Si Cinpinin (Çin Xalq Respublikasının Sədri - red.) dediyi kimi: "Yü
17 mayAlimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı
"Vilyena xəzinəsi" adlandırılan və əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarət kolleksiya 60 ildən çox əvvəl aşkarlanıb. Lakin alimlərin fikrincə, ən qiymətli tapıntılar qızıl əşyalar deyil, korroziyaya uğramış iki qəribə predmetdir. Qaynarinfo "Science Alert"ə istinadən xəbər veri
18 mayBu ərazilərə may ayında qar yağdı - VİDEO
Türkiyənin Ardahan vilayətinin yüksək dağlıq ərazilərində may ayında yağan qar sakinləri təəccübləndirib. İyun ayına sayılı günlər qalmasına baxmayaraq, bölgədə qar yağışı təsirli olub. türk mediasına istinadən xəbər verir ki, qar yağışı nəticəsində ətraf ərazilər ağ örpəyə bürünüb. Hava şəraitinin çətinləşməs
19 mayPutinin Çinə səfəri başa çatdı
Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib. Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Va
20 may