ABŞ-nin məşhur restoranı ofisiantlara 21 milyon dollar ödəyəcək
ABŞ-nin federal məhkəməsi "Perry's Steakhouse & Grille" restoranlar şəbəkəsinin 700-dən çox keçmiş və hazırkı ofisiantına 21 milyon dollardan artıq vəsait ödəməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Complex" nəşri məlumat yayıb.
Aparılan araşdırmalar nəticəsində şirkətin bəxşişlərin (çaypulu) bölüşdürülməsi üçün qeyri-qanuni sistemdən istifadə etdiyi məlum olub. Məhkəmə prosesi müəssisələrin Texas ştatında 2019-2022-ci illər ərzindəki fəaliyyətini əhatə edib.
Məhkəmə sənədlərinə əsasən, saatda təxminən 2.13 dollar minimum maaş və bəxşişlə işləyən ofisiantlar hər həftə qazandıqları bəxşişin təxminən 25 faizini ümumi fonda verməyə məcbur ediliblər. Daha sonra yığılan bu məbləğ digər işçilər, o cümlədən müştərilərlə birbaşa təmasda olmayan personal arasında bölüşdürülüb ki, bu da əmək qanunvericiliyinin tələblərinə ziddir.
Məhkəmə instansiyası vurğulayıb ki, sözügedən şirkət əvvəllər də "Ədalətli Əmək Standartları Aktı" (FLSA) ilə bağlı analoji şikayətlərlə üzləşib. Restoran şəbəkəsinin nümayəndələri isə çıxarılan qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 492 Tarix: 04 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afrika gözləniləndən daha sürətli parçalanır
Geoloqlar Afrika qitəsinin düşündüyümüzdən daha tez bölünəcəyini aşkar ediblər. Aktiv çat "kritik həddə" çatıb və tezliklə bölünərək yeni bir okean əmələ gətirəcək. Lakin "tezliklə" nisbi bir termindir: bunun üçün hələ bir neçə milyon il lazım olacaq, lakin geoloji miqyasda bu, sadəc
19 sentyabrBu ölkə kitab oxuyanlara pul verəcək
Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali
17 sentyabrAy necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər
Alimlər Ayın mənşəyi ilə bağlı uzun illərdir müzakirə olunan nəzəriyyələrdən birini yeni məlumatlarla yoxlamağa hazırlaşırlar. Tədqiqatçıların diqqəti BepiColombo kosmik missiyasına yönəlib. Missiya Merkuri haqqında əldə edəcəyi məlumatlarla planetin keçmişini və onun Yer və Ayın formalaşmasındakı mümkü
19 sentyabrABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb
ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c
17 sentyabrPentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər
Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə
18 sentyabrTramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü
19 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrKəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19 sentyabr