Hüseyn Həsənov evini bir peçenyeyə satıb?
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun işi üzrə məhkəmədə maraqlı detallar açıqlanıb.
BAKU.WS "RIA Novosti"yə istinadən xəbər verir ki, iş üzrə şahid qismində çıxış edən şəxs bildirib ki, bloger ona "Moskva-Siti"də yerləşən mənzili formal şəkildə "peçenye" qarşılığında satıb.
Şahidin sözlərinə görə, Həsənov ona daşınmaz əmlakı öz adına rəsmiləşdirməyi təklif edib. Kişi bir neçə dəfə bu təklifi rədd etmək istəsə də, bloger dövlət qarşısında borcunun olmadığını təsdiqləyən sənədlər təqdim edib.
Bildirilir ki, ödəniş bank seyfi vasitəsilə həyata keçirilməli idi. Lakin şahid iddia edir ki, pul əvəzinə seyfə "peçenye" qoyulub.
Müqavilədə isə mənzilin qiyməti 60 milyon rubl göstərilib. Sövdələşmədə blogerin qardaşı Ənvər Həsənov etibarlı şəxs kimi iştirak edib.
Xatırladaq ki, bu ilin fevralında prokurorluq Hüseyn Həsənov barəsində cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuma) ittihamı üzrə ittiham aktını təsdiqləyib. Bloger qiyabi olaraq həbs edilib və axtarışa verilib.
Həsənov isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1059 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabrİndoneziyada Semeru vulkanı iki dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra
19 noyabrBöyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq ayıracaq
Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq (təxminən 341 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. APA xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti məlumat yayıb. Bildirilib ki, yardım paketinə 100-dən çox uzaqmənzilli zərbə PUA-sı daxil olacaq. Onların bəziləri 10
19 noyabr