"Akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyəti gələcək nəsillər üçün örnəkdir" - Pərvanə Vəliyeva

"Akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyəti gələcək nəsillər üçün örnəkdir" - Pərvanə Vəliyeva"15 aprel tarixi Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqı onun zəngin elmi irsini, mənalı həyat yolunu və milli səhiyyənin inkişafına verdiyi misilsiz töhfələri dərin ehtiramla yad edir.
Akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir:

"1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu uğurla bitirən Zərifə Əliyeva sonradan Moskvada təhsilini davam etdirərək peşəkar həkim və alim kimi formalaşmışdır. O, 1949-cu ildən etibarən elmi fəaliyyətə başlayaraq bütün həyatını oftalmologiya sahəsinə həsr etmişdir.
Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir. Onun elmi tədqiqatları əsasən traxoma və peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə həsr olunmuşdur. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etmişdir.
Alim 1940-1950-ci illərdə geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində böyük nəticələr əldə etmiş, bu sahədə effektiv müalicə metodları işləyib hazırlamışdır. Onun təklif etdiyi yanaşmalar respublikada bu xəstəliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynamışdır. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə Əliyeva həmçinin dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını sistemli şəkildə araşdırmış və bu sahədə elmi istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olmuşdur.
Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. O, yalnız alim kimi deyil, həm də ictimai xadim kimi fəal olmuş, müxtəlif elmi və ictimai təşkilatların üzvü kimi səhiyyənin inkişafına xidmət etmişdir".

Deputat onu da vurğulayıb ki, çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir:

" O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir.
Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur.

Görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşmüşdür. Onun elmi fəaliyyətinə yüksək qiymət verilmiş, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatına layiq görülmüşdür.
1946-cı ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir.
Zərifə Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı olmuş, onun siyasi fəaliyyətində mənəvi dayaq rolunu oynamışdır. O, yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri və humanizmi ilə cəmiyyətin dərin hörmətini qazanmışdır.
Akademik Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskvada vəfat etmişdir. Onun xatirəsi bu gün də Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anılır. Onun adı Azərbaycan səhiyyəsinin inkişafı, tibbi elmin tərəqqisi və insanlara xidmət nümunəsi kimi tarixə həkk olunmuşdur.
Akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. Onun oftalmologiya sahəsində qazandığı uğurlar, humanist dəyərlərə əsaslanan fəaliyyəti və milli səhiyyəyə verdiyi töhfələr Azərbaycan elminin qızıl səhifələrindən birini təşkil edir. Bu gün onun əziz xatirəsi dərin ehtiramla yad edilir, irsi isə yaşayır və gələcək nəsillərə ilham verməyə davam edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 669   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc amilləri, strateji seçimləri və gələcəyin çağırışları

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələsini təhlil etmək, dövlətin inkişaf istiqamətlərini, geosiyasi mövqeyində baş verən dəyişiklikləri və qarşıdakı dövrün əsas çağırışların

14 oktyabr
.

Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyi

13 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati

13 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr